Yenə həmin dalğa, həmin koordinat

 

"Human Rights Watch" təşkilatı artıq müəyyən

 maliyyə siyasi mərkəzlərin əlində alətə çevrilib

 

 

Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırdıqca, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı gözü götürməyənlər ortaya çıxır, hər vəchlə ölkəmizə, xalqımıza qara yaxmağa çalışırlar. Xüsusilə bəzi xarici dairələr, təşkilatlar ölkəmizdəki reallıqları təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər.

Bəllidir ki, erməni lobbisi bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycana qarşı "qara piar" aparmaqla məşğuldurlar. Hazırladıqları hesabatlarda ölkəmizdəki demokratik vəziyyəti qəsdən təhrif edir, guya insan hüquq azadlıqlarının pozulduğunu iddia edirlər. "Amnesty İnternational", "Human Rights Watch" kimi antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən təşkilatların Azərbaycana dair hesabatlarının qərəzli qeyri-obyektiv olduğu hətta xarici ekspertlər tərəfindən təsdiq olunur. Bu günlərdə "Human Rights Watch" təşkilatı hesabat yayaraq ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində guya insan haqlarının pozulduğunu, Əkrəm Naibovun "Daş yuxular" adlı çızmaqarasına görə dövlət tərəfindən təzyiqə məruz qaldığını iddia edib. "2014 Dünya Hesabatı" adlı tədqiqatın Azərbaycanla bağlı hissəsində iddia edilir ki, ötən il toplaşma, söz azadlığı, iqtisadi durumla bağlı vəziyyət guya daha da pisləşib. Əlbəttə ki, bu qərəzli hesabata ölkə siyasətçiləri, ictimaiyyət ciddi etirazını bildirməyə bilməzdi. Ən azı ona görə ki, Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ölkəmizdə olan beynəlxalq təşkilatların sayı-hesabı yox idi onların heç birinin hesabatında bu məlumatlar öz əksini tapmayıb. Bu məsələyə münasibət bildirən siyasətçilər "Human Rights Watch" təşkilatının yenə qərəzli olduğunu bildirirlər:

Milli Məclsin Təhlükəsizlik müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, qalmaqallı ad çıxaran "Human Rights Watch" təşkilatı 2014-cü ilin ilk hesabatını açıqlayıb. 2013-cü il üzrə dünyanın 90-a yaxın ölkəsində guya insan hüquq azadlıqlarını dəyərləndirən təşkilat budəfəki hesabatında da Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar yer alır: "Hesabatda Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistlərin tutulduğu, bir neçə dinc ictimai nümayişlərin dağıdıldığı iddia edilir. Təşkilatın müdafiə etdiyi "siyasi fəallara" qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığına, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə "Human Rights Watch" göz yumur hesabatında yada salmır. Tənqidi əhval-ruhiyyəli jurnalistlərin isə açıq şəkildə hökuməti tənqid etdiyi hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici QHT-ni qətiyyən maraqlandırmır".

Deputat vurğulayıb ki, təşkilat hesabatında 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərini yada salır seçkilərə dair öz şübhələrini bildirir. "Beş minə qədər seçki məntəqəsini əhatə edəcək nümayəndələrə malik olmadan seçkini tənqid etməsi xarici təşkilatın siyasi sifariş yerinə yetirdiyini açıq-aydın göstərir. Heç bir əsas olmadan səslərin sayılmasına dair saxta bir rəqəm səsləndirilir" - deyən deputatın sözlərinə görə, Azərbaycan növbəti dəfə xarici QHT-nin böhtanı saxtakarlığı ilə rastlaşır. Bu, birinci dəfə deyildir, ardıcıl olaraq təşkilat ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutur. Bunun siyasi sifariş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün növbəti cəhd olduğu açıq-aşkar hiss edilir.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə qəzetimizə verdiyi açıqlamada bildirib ki, "Human Rights Watch" təşkilatının bu hesabatı qərəzlidir. Deputatın fikrincə, hesabatdakı Azərbaycanla bağlı iddialar reallığı əks etdirmir, qeyri-ciddidir antiazərbaycançı dairələrin sifarişinin məhsuludur. Ona görə bu cür yersiz qərəzli hesabatlarla ölkəmizə təzyiq etmək, nüfuzunun artmasının qarşısını almaq mümkündür.

Hüquq müdafiəçisinin sözlərinə görə, ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində bir çox beynəlxalq təşkilatların nümayəndələri müşahidələr aparıb, bölgələrdəki vəziyyət öyrənilib. Ancaq həmin ərəfədə hüquqpozma, həbs, hər hansısa bir təziyq elementlərinə rast gəlinməyib. Əgər hər hansısa bir problem baş versəydi, bu, mütləq beynəlxalq təşkilatların nümayəndələri tərəfindən qeyd edilər hesabatlarında öz əksini tapardı. Deputat qeyd edib ki, "Human Rights Watch" kimi bəzi beynəlxalq QHT-lər demokratiya dəyərlərindən sui-istifadə etməklə, əslində, müəyyən maliyyə siyasi mərkəzlərin əlində təzyiq vasitəsi olmaq yolunu tutublar. Ona görə bu təşkilat tərəfindən bir dənə olsun ədalətli obyektiv hesabat verilməyib.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 24 yanvar.- S.5.