«Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında»

 Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹10, maddə 569; 2001, ¹12, maddə 736; 2005, ¹ 8, maddə 692; 2006, ¹11, maddə 928; 2007, ¹6, maddə 560; 2008, ¹8, maddə 695, ¹11, maddə 960; 2009, ¹12, maddə 966; 2013, ¹4, maddə 357) aşağıdakı dəyişiklik edilsin:

1. 6-cı maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.";

2. 7-ci maddənin birinci hissəsinin "a" və "b" bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq "notariat qaydasında təsdiq olunmuş" və "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2013-cü il

Azərbaycan.-2014.- 26 yanvar.- S.1.