Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş

«Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli

 vəzifələrin siyahısı»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 1001; 2008, ¹ 12, maddə 1057; 2010, ¹ 7, maddə 617; 2011, ¹ 1, maddə 21; 2012, ¹ 1, maddə 9, ¹ 12, maddə 1265) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. "Sumqayıt Baş Gömrük İdarəsinin rəisi -  gömrük xidməti general-mayoru" abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:

"Aksiz Baş Gömrük İdarəsinin rəisi -  gömrük xidməti general-mayoru";

"Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi -  gömrük xidməti general-mayoru".

2. "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini -  gömrük xidməti general-mayoru" abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

"Baş Gömrük Mühafizə Xidmətinin rəisi -  gömrük xidməti general-mayoru".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2014-cü il

Azərbaycan.-2014.- 26 yanvar.- S.2.