"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 6                     Bakı şəhəri, 14 yanvar 2014-cü il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹7, maddə 695; 2013, ¹10, maddə 1228) ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.5-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "ali təhsil müəssisələri və elmi təşkilatlar" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 26 yanvar.- S.3.