Azərbaycan regionun sənaye mərkəzinə çevriləcəkdir

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin yap.org.az saytına müsahibəsi

 

 

- Şahin müəllim, heç şübhəsiz ki, ölkədə "Sənaye ili"nin elan edilməsi dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqətin daha bir təzahürüdür. Sənayeləşmənin sürətlənməsində "Sənaye ili" elan edilməsinin əhəmiyyəti barədə fikirlərinizi öyrənmək maraqlı olardı.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edirbu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir. Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizin dinamik inkişafı dünya miqyasında qlobal iqtisadi böhran fonunda təmin edilir. Təsadüfi deyildir ki, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır. Məlum olduğu kimi, dövlət başçısının müvafiq fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilmişdir. İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə, qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Qeyd etmək istərdim ki, bu gün Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensialabu sahədə zəngin ənənələrə malikdir. Hələ XIX əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaratmışdı. Azərbaycanda sənayeləşmə siyasətinin əsası isə ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və məhz onun müstəsna xidmətləri sayəsində güclü sənaye potensialı formalaşdırılmışdır. Bu dövrdə neft maşınqayırması kompleksi, dərin özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında Azərbaycan dünyada tanınmış mərkəzlərdən biri idi.

Müstəqilliyin ilk illərində "Əsrin müqaviləsi"nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurludüşünülmüş neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan vermişdir. Eyni zamanda, "Əsrin müqaviləsi" neft-qazonunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına zəmin yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılmış, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr vermişdir. Belə ki, son 10 il ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, bərk məişət tullantılarının yandırılması, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi, Qəbələ piano, "M-Line", AZMDF, "EMBAWOOD" mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilmişdir. Təkcə 2013-cü il ərzində Bakının Qaradağ rayonunda gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilmiş, 90-dan artıq sənaye müəssisəsinin tikintisi isə davam etdirilir və növbəti illərdə istifadəyə veriləcəkdir.

Qeyd edilənlərlə yanaşı, ölkəmizdə əvvəllər mövcud olmamış müdafiə, kosmikalternativ enerji sənaye sahələrinin yaradılmasını xüsusi vurğulamaq lazımdır.

Yeni və müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində 2003-2012-ci illərdə əlavə dəyər qeyri-neft sənayesində 2,2 dəfə, o cümlədən qeyri-neft emalı sənayesində 2,3 dəfə artmışdır. Sənaye məhsulunda əlavə dəyərin xüsusi çəkisi 53.5 faizdən 78 faizə, ümumi daxili məhsulun strukturunda sənayedə yaradılmış əlavə dəyərin payı 40.4 faizdən 50 faizə yüksəlmişdir. Qeyri-neft sənayesi məhsullarının ixracı 5 dəfə, sənaye müəssisələrində əsas fondlar 3.9 dəfə artmış və 46.8 milyard manata çatmışdır. Həyata keçirilən diversifikasiya siyasətinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir.

Bütün qeyd olunanlarla bərabər, qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Təsadüfi deyildir ki, artıq Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması işləri həyata keçirilir, artıq Sumqayıt Kimya Sənaye Parkında 2 rezident qeydiyyata alınmışdır. Eləcə də Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur. Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı imzalanmış sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsini, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir.

- Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillər hansılardır?

- İlk növbədə, ölkəmizdəki makroiqtisadi sabitliyi vurğulamaq lazımdır. Digər mühüm amil olaraq, yuxarıda bildirildiyi kimi, son illərdə yaradılmış güclü sənaye potensialını qeyd etmək yerinə düşərdi.Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir. Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir. Həmçinin son illərdə enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl işlər görülmüş, 2300 meqavatdan çox yeni generasiya gücü yaradılmışdır. Bununla yanaşı, alternativ və bərpa olunan mənbələr hesabına enerji istehsalının artırılması ilə bağlı tədbirlər davam etdirilir. Bütün bunlar isə sənayenin etibarlı enerji təchizatında əhəmiyyətli olacaqdır. Eyni zamanda, ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması yerli məhsulların, eləcə də sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcəkdir. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusilə qeyd etmək lazımdır. Ölkədə yaradılmış və hazırda ümumi daxili məhsulun 70%-i həcmində olan strateji valyuta ehtiyatları da sənayenin inkişafında əhəmiyyətli amillərdən olmaqla, iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.

Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznesinvestisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olmuşdur. Bununla yanaşı, müvafiq dövlət dəstəyi mexanizmləri və institutları (AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondus.) sənayenin inkişafına öz töhfəsini verəcəkdir. Ölkədə formalaşmış yüksək ixtisaslı kadr potensialı, xüsusilə, "qara qızıl"ın "insan kapitalı"na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu olacaqdır.  Hesab edirəm ki, qeyd edilənlər və digər amillər qeyri-neft sənayesinin potensial imkanlarının reallaşdırılmasını və gələcəkdə onun davamlı inkişafını təmin edəcəkdir.

- Azərbaycanda sənaye siyasətinin əsas istiqamətləri barədə nə deyərdiniz?

- İlk olaraq qeyd edim ki, gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcəkdir. Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunmuşdur. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır. Növbəti mərhələdə sənayenin inkişafının əsas istiqamətlərindən biribu sahədə dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndiriləcəkdir.

Eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən güzəştli maliyyə resurslarına çıxışın, maarifləndirmənin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması da ölkədə qeyri-neft sənayesinin inkişafına töhfəsini verəcəkdir.

- Şahin müəllim, hansı sənaye sahələrinin inkişafı daha perspektivli hesab olunur?

- İlk növbədə qeyd edim ki, Azərbaycan uçun ənənəvi neft-qaz emalı sənayesinin daha da inkişaf etdirilməsi qarşıdakı illər uçun əsas prioritetlərdən biri olaraq qalacaqdır. Bununla bərabər, bildiyiniz kimi, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir. Bu sahənin inkişafında 4 zavoddan ibarət olacaqtam istehsal zəncirinin qurulması nəzərdə tutulan Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Yeni neftqaz emalı zavodlarının, müxtəlif çeşiddə polimerlər istehsal edəcək neft-kimya və Sumqayıt karbamid zavodlarının inşası neft-kimyakimya sənayesinin inkişafını sürətləndirməklə, ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verəcəkdir.

Onu da qeyd edim ki, qarşıdan gələn illər üçün perspektivli sahələr hesab olunan maşınqayırma sənayesi, xüsusilə də, neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Yeni sement istehsalı güclərinin fəaliyyətə başlaması, metal konstruksiyaların, seramik plitələrin, kimya sənayesi ilə əlaqəli tikinti materiallarının istehsalı tikinti materialları sənayesinin dinamik inkişafına imkan verəcəkdir. Növbəti illərdə aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə etməklə yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalının artırılmasına nail olunacaq ki, bu da ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını daha dolğun ödəməklə yanaşı, ixrac potensialının genişləndirilməsinə şərait yaradacaqdır.

Eləcə də yüngül sənayenin inkişafına xüsusi önəm veriləcək və yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması dəstəklənəcəkdir. Qeyd olunanlarla yanaşı, yeni sahələr kimi kosmik və müdafiə sənayelərinin inkişafına, alternativ enerji istehsalının genişləndirilməsinə xüsusi diqqət yetiriləcəkdir. Bütün bunlar isə Prezident İlham Əliyevin müəyyən etdiyi mühüm vəzifələrin uğurlu icrasını, müasir, innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü sənayenin formalaşmasını təmin edəcəkdir.

 

Azərbaycan.-2014.- 26 yanvar.- S.5.