Leyla Yunus yenə özünü «yandırdı»

 

AŞ PA həmməruzəçilərini təhqir edən ermənipərəst hüquq müdafiəçisinin insan hüquqları

 məsələsini siyasi alverə, biznes marağına çevirdiyi növbəti dəfə bəlli oldu

 

 

Hüquq müdafiəçisi, "SülhDemokratiya İnstitutu" adlanan, qeydiyyatdan keçməmiş QHT rəhbəri Leyla Yunus Azərbaycanda 134 "siyasi məhbusun" olduğunu iddia edib. Bununla yanaşı o, Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Pedro AqramuntCozef Qrexi təhqir etməkdən belə çəkinməyib. Avropa parlamentarilərinə ünvanlanan bu təhqiramiz bəyanat Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında keçirilən mətbuat konfransı zamanı səsləndirilib.

Mətbuat konfransı iştirakçıları arasında AXCP sədri Əli Kərimli, İslam Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, NIDA yarım-ekstremist hərəkatının idarə heyətinin üzvü (üzvləri əvvəllər "Molotov kokteyli" işi üzrə ifadə verən hərəkat) Turqut Qəmbər və başqaları iştirak ediblər. Avropa parlamentarilərinin açıq şəkildə təhqir edilməsinə səbəb isə Leyla Yunusun onların "siyasi məhbus" anlayışı ilə bağlı mövqeyi ilə razılaşmaması olub.

Xatırladaq ki, həmməruzəçilər Pedro AqramuntCozef Debono Qrex AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser tərəfindən hazırlanan "Azərbaycanda siyasi məhbuslar haqqında" qərəzli qətnamə layihəsinə qarşı çıxıblar. Nəticədə bu qətnamə layihəsi AŞ PA-da səsvermə zamanı müvəffəqiyyətsizliyə uğrayıb. Çünki Avropa parlamentarilərinin əksəriyyəti layihəni qeyri-obyektiv adlandıraraq həqiqəti əks etdirmədiyini bildiriblər. Bu səbəbdən onun əleyhinə səs veriblər. Azərbaycan tərəfi də bu layihəyə qarşı çıxıb. Xüsusilə də rəsmi şəxslər "siyasi məhbus" termininin özünün tərifinin olmaması ilə bağlı fikir bildiriblər ki, bu da Ştrasserin qətnaməsini yalnız bir ölkəyə qarşı yönələn qərəzli mövqe kimi xarakterizə edib. Bundan əlavə, Azərbaycan hüquq mühafizəçiləri tərəfindən qeyd olunub ki, Ştrasser "siyasi məhbus"ların siyahısını tərtib edərkən ciddi yanlışlıqlara yol verib. Siyahıda olanlardan bəziləri azadlığa buraxılıb. Ştrasseri digər həmkarları, o cümlədən AŞ PA-nın eks-prezidentibu mövqeyinə görə tənqid edib.

Dünənki mətbuat konfransı isə daha çox Leyla Yunusun benefisi xarakteri daşıyıb. Əli Kərimlinin təmsil etdiyi dağıdıcı müxalifət nümayəndələri qarşısında çıxış edən Leyla Yunus bildirib ki, Azərbaycanda hazırkı gündə siyasi məhbusların sayı 134 nəfərdir. Lakin o, Ştrasserinqeyd etdiyi 17 nəfərin bu siyahıda adının olub-olmadığını dəqiqləşdirmədi. Halbuki siyahıda onların adı hallansa da, artıq azadlığa buraxılıblar. Mətbuat konfransında sualları cavablandırarkən Leyla Yunusun hazırlıqsız olduğu da diqqətdən yayınmadı. O, etiraf etdi ki, 134 nəfərdən hər birinin işi ilə tanış deyil və şəxsən heç biri ilə hələ görüşməyib. L.Yunusun özünə bəraət qazandırmaq üçün gətirdiyi səbəblər həmin an artıq heç kimin marağına səbəb olmayıb.

Bu gün hər bir azərbaycanlı çox yaxşı bilir ki, xarici antiazərbaycan dairələr və erməni lobbisi müxtəlif vasitələrlə ölkəmizə qarşı  "qara piar" kampaniyasını davam etdirirbu işdə Leyla Yunus kimi ermənipərəst, antimilli ünsürlərdən yararlanırlar. Leyla Yunus artıq terrorçular da daxil olmaqla, konkret cinayət törətmiş şəxsləri "repressiya qurbanları" kimi qələmə verməklə kifayətlənmir, onları təsnifləşdirməyə də çalışır. O, Avropa Şurasının qərar və qətnamələrini manipulyasiya obyektinə çevirir, guya bu qurumun sənədlərində "siyasi məhbus", "vicdan məhbusu" kimi anlayışların tərifinin verildiyini iddia edir. Əgər 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən Avropa Şurası Baş katibinin tapşırığı ilə bu qurumun ekspertləri tərəfindən "siyasi məhbus" anlayışının tərifi hazırlanmışdısa, 2012-ci ildə AŞ PA-nın payız sessiyasının plenar iclasında, daha sonra isə qurumun sessiyasında qızğın müzakirə və mübahisələr necə izah olunmalıdır?

L.Yunus unudub ki, 2013-cü ildə Kristofer Ştrasseronun arxasında duran antiazərbaycan dairələrin AŞ PA-da iflası Azərbaycana qarşı açıq və kobud qarayaxma kampaniyasının qurumun əksər deputatları tərəfindən dəstəklənməməsi ilə yanaşı, həm də "siyasi məhbus" anlayışı ilə bağlı qeyri-müəyyənliyin qalması ilə əlaqədar olmuşdur. Ancaq L.Yunus özünü görməzliyə vurur, faktları təhrif edir, yalan danışır və antiazərbaycançı şəbəkənin sifarişi, aldığı pullara və müxtəlif dedi-qodulara əsaslanaraq ilbəil siyahısını şişirtməkdə davam edir.

İlin 11 ayını xaricdə keçirən, son aylar isə xaricdə müalicə olunan Leyla Yunus həmin o 134 nəfərin hansı ilə görüşüb, onlardan hansının işini araşdırıb? Təsadüfi deyil ki, keçirdiyi mətbuat konfransında da bununla bağlı sual L.Yunusu çıxılmaz vəziyyətə salıb.

Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycançı mövqeyi ilə tanınıb. O, AŞ PA-da obyektiv mövqeyi ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirir, onlarla bağlı ağlasığmaz ittihamlar irəli sürür. L.Yunus Kristofer Ştrasseronu dəstəkləyən dairələrin qərəzli mövqeyinə qarşı çıxan hər bir AŞ PA deputatını hədəfə götürməklə onları gözdən salmağa çalışır. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edir. Yayılan məlumatlara görə, bu şəxs "xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə edib. L.Yunusonun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb. Xalqımız bunları yaxşı tanıyır.

Cəmiyyət, ictimaiyyət nümayəndələri ermənilərlə qohum olan L.Yunus kimi antimilli ünsürlərin düşmənçilik fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibəti göstərməlidirlər.  Artıq bəllidir ki, Leyla Yunus insan hüquqları məsələsini siyasi alverə, ticari predmetə çevirib. L.Yunusun bu açıqlamaları qərəzlidir və o, bunu məqsədyönlü şəkildə həyata keçirir. Əslində onu maraqlandıran məhbusların taleyi deyil, özünün biznesidir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 25 yanvar.- S.5.