Honduras Respublikasının Prezidenti zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya

 

Hörmətli cənab Prezident!

Honduras Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi, dostluq əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Andiçmə mərasiminə dəvətinizə görə təşəkkür edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 yanvar 2014-cü il

Azərbaycan.-2014.- 28 yanvar.- S.1.