«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2013, ¹ 5, maddə 466) 2.1-ci maddəsində "2014-cü il yanvarın 1-dən" sözləri "2015-ci il dekabrın 1-dən" sözləri ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2014.- 28 yanvar.- S.2.