"Feldyeger rabitəsi orqanının rəis heyətinin geyim formasının  və fərqlənmə   nişanlarının təsvirinin,verilmə qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 fevral tarixli 10 nömrəli qərarında dəyişiklik  edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 13              Bakı şəhəri, 17 yanvar 2014-cü il

 

 

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 750-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 57 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 fevral tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 117; 2010, ¹ 1, maddə 55) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Feldyeger rabitəsi orqanının rəis heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri"nin 1.27-ci bəndinin ikinci cümləsində "bayrağının" sözü "Dövlət bayrağının" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 28 yanvar.- S.2.