Gəncə - əzəmət və möcüzənin yeni ünvanı

 

Tarixin sonsuzluğa doğru uzanan həftələrinin, aylarının yer aldığı təqvimdə hər ölkənin, hər şəhərin, hər insanın həyatında mühüm yer tutan günlər də olur. Gəncə tarixinin ən yaddaqalan, əbədiləşəcək günlərindən biri də 21 yanvardır. 21 yanvar tarixinin əlamətdarlığı ondadır ki, təsadüfmü, zərurətmi, 2 dəfə - 2012 və 2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfər etmişdir. Bu səfərlərin yaddaqalanlığı, əbədiliyi onunla əlaqədardır ki, hər səfər Gəncənin sosial-iqtisadi, mədəni inkişafının və beynəlxalq əlaqələrinin müəyyən dövrünü yekunlaşdırdı, yeni istiqamətlər müəyyən etdi. "Belə getsə, Gəncə Bakını ötəcək" (21.01.2012) - fikrini bəyan edəndə də, "Bu böyük parkın yaradılması bir möcüzədir" (21.01.2014) - deyəndə də Gəncənin uzun illərə hesablanmış sosial-iqtisadi inkişafının strateji istiqamətlərini müəyyən etdi.

2012-ci ilin 21 yanvarını yada salsaq, dediklərimizə işıq tutmuş olarıq.  Prezident İlham Əliyev Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. Gəncə Dövlət Filarmoniyasının və Heydər Əliyev Mərkəzinin təməlini qoydu. "DET-AL Alüminium" MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etdi. Nəriman Nərimanov parkının qırmızı lentini kəsdi və "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışını həyata keçirdi. Prezident, eləcə də Nizami məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə, Bayraq Meydanında görülən işlərlə, İmamzadə kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə, həmçinin Qala Qapıları - ArxeologiyaEtnoqrafiya Muzeyi Abidə Kompleksinin tikintisi ilə tanış olmuşdu. 2012-ci ildən 2014-cü ilə qədər olan 2 il müddətində həyata keçirilən böyük quruculuq Gəncədə əzəmətli işlərin gerçəkləşdiyindən, möcüzələr yaradıldığından xəbər verir. Bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində bariz şəkildə ortaya çıxdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri cəmiyyətin bütün qruplarını, xüsusilə, ziyalıları əsaslı şəkildə səfərbər edir. Ona görə ki, Qafqazın yüksələn ulduzu Azərbaycan bu gün tarixinin ən şərəfli dövrünü yaşayır. Bu gün dünyanın aparıcı dövlətlərindən yalnız öyrənən Azərbaycan deyil, dünyanın öyrəndiyi, təqdir etdiyi, dünya azərbaycanlılarının ümid və fəxarət yeri Azərbaycan vardır. Ölkəmiz beynəlxalq nüfuzunu  əlaqələrini möhkəmləndirmiş, milli maraqlarını daha çevik və qətiyyətlə müdafiə etməyə başlamışdır. Artıq Azərbaycan beynəlxalq arenada öz mövqelərini qorumaq iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi  qiymətləndirilir. Azərbaycan etibarlı, sözünə və mövqeyinə sadiq dövlət kimi tanınır! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu reallıqdır. Bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir".

20 illik müstəqillik dövründə Azərbaycanın qazandığı nailiyyətlər təkcə qürur yox, həm də heyrət doğurur!

Bu, qeyd olunan həqiqətlər hər bir Azərbaycan vətəndaşına və dünyaya çatdırılmalı, dünyada Azərbaycanın tərəqqisi üçün yalnız sevinmək deyil, həm də bu böyük tarixi missiya üçün mücahidliyə hazır olan insanlarımızın sayı daha da artırılmalıdır. Ziyalılarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji uzaqgörənliyinin yerinə yetirilməsi istiqamətində fasiləsiz işlər aparmalıdırlar. Burada bir məsələni qeyd etmək lazım gəlir ki, Bakı istisna edilərsə, ən potensial ziyalı ordusu - elmi işçilər Gəncədədir və sayı 2000 nəfərdən artıqdır. Bu, ziyalıların - alimlərin fəaliyyətini təşkil etmək və qüvvələrini səfərbər etmək baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Regional Elmi Mərkəzin bazasında AMEA-nın Gəncə Bölməsinin yaradılması və onun tərkibində 7 institutun fəaliyyətə başlaması diqqətə layiqdir.

Gəncədə Heydər Əliyev Mərkəzinin və park kompleksin açılışı zamanı Prezidentlə ziyalıların və şəhər ictimaiyyətinin nümayəndələri arasında olan görüşdə bir sıra məsələlərə aydınlıq gətirilmişdir. Dünyanın diplomatik terminologiyasında dövlətlər etibarına, sözünə və mövqeyinə sadiq olmasına əsasən qiymətləndirilir. Bundan başqa,  dövlətlərin beynəlxalq öhdəlikləri yerinə yetirməsi də çox mühümvacib dövlətçilik atributlarından biridir. Azərbaycanın beynəlxalq aləmdə reytinqinin artmasına səbəb qeyd olunan tələbləri yerinə yetirməsindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin budəfəki Gəncə səfərində görüş iştirakçılarına çatdırdığı məsələlərdən biri də "Azərbaycanı dünyaya müasireyni zamanda, böyük tarixə, mədəniyyətə malik olan ölkə kimi təqdim etməkdən" ibarət olunması idi. Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə də bu sahədə artıq 3 ilə yaxın bir vaxtdır ki, Azərbaycanın tanıdılması və təbliğinin maddi bazası - mərkəzlər, parklar, maddi mədəniyyət, tarixi abidələrin bərpası, ictimai yerlərin müasir tələb və standartlara cavab verə biləcək şəkildə qurulmasıdır. Prezident Gəncəyə 12 səfərində ictimai yerlərin hazırlanması sahəsindəki işlərə yüksək qiymət verdiqeyd etdi ki, "...bu ictimai yerlərin arasında ən böyüyünü siz yaratmısınız", "...ən böyük park, ictimai mərkəz Gəncədədir" fikri hər bir gəncəlinin son  ildə getdiyi yola şərəf və fəxarət yolu deməyə əsas verir. Gəncədə son 3 ildə 5 abad, müasir park, 5 muzey, bir neçə əzəmətli mərkəz inşa edilmişdir ki, onların əsas vəzifəsi Azərbaycan tarixinin ən qədim, ən şərəfli səhifəsini əhatə edən Gəncə tarixinin öyrədilməsi, qonaqlara, beynəlxalq tədbir iştirakçılarına tanıtmaqdır. Tanıtmadan heç kimi günahlandırmaq olmaz. Biz  dünya insanının gözünə, qulağına, ruhuna müraciət etmədən nə tariximizi, nə də tarixi həqiqətlərimizi qəbul etdirə bilmərik. Bu işin bizim üçün xaricilərin görəcəyini düşünmək və istəmək də sadəlövhlük olardı.

Azərbaycanın bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bir məkana çevrilməsi də Prezidentin səfəri ilə əlaqədar xüsusi qeyd edilməlidir. Burada maraq doğuran və münasibət bildirilməsinə ehtiyac duyulan məsələlər də az deyil. Azərbaycanın beynəlxalq məclislərə ev sahibliyi etməsi, onun bu səlahiyyəti və haqqı qazanması ilə əlaqədardır. Mübaliğəsiz qeyd etməliyik ki, Azərbaycan beynəlxalq tədbirlərə sadəcə ev sahibliyi etməklə kifayətlənmir. Hansı beynəlxalq tədbir olursa-olsun, Azərbaycan ona yeni məna, yeni ruh verərək təkmilləşdirir. Beynəlxalq tədbir iştirakçıları ənənəvi tədbirin deyilməsi caizdirsə "Bakı modelinin" meydana çıxdığını çoxsaylı müsahibələrində çox səmimiyyətlə etiraf edirlər.

Bu, "Eurovision" Avropa mahnı müsabiqəsi Bakıda keçirilərkən bir daha aydın oldu. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərə Azərbaycan təkmilləşdirmə nöqteyi-nəzərindən əlavələrini edirçox təqdirəlayiqdir ki, bu yenilikləri, əlavələri avropalılar yüksək səviyyədə qəbul və təqdir edirlər. Azərbaycan Avropa musiqisinə dərindən yiyələndiyini, avropalılarla yarışmada qalib çıxmaq iqtidarında olduğunu, habelə dünyanın ən möhtəşəm musiqi yarışmalarını yüksək səviyyədə keçirməyi bacardığını da sübuta yetirdi! "Eurovision" müsabiqəsi zamanı Bakıya gələnlər təkcə paytaxtımızın gözəlliklərinə valeh olmadılar. Küçədə rastlaşdıqları insanların gülərüzlüyünə, səmimiyyətinə və mehribanlığına heyran olduqlarını, tamamilə dövlətlərarası və insanlararası münasibətlərə yaxşı örnək olmalı bir ölkə gördüklərini söylədilər! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Amma Azərbaycana, Gəncəyə, başqa şəhərlərə gələndə bunu artıq öz gözləri ilə görürlər ki, Azərbaycan necə ölkədir."

Artıq bir neçə ildir ki, Azərbaycanın ikinci şəhəri olan Gəncədə də mühüm beynəlxalq tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Gəncədə də "...istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır." 2013-cü ilin mayında 56 ölkənin sabiq prezidentbaş nazirlərini özündə birləşdirən Madrid klubu məclisini Gəncədə keçirdi. Bu, adi hadisə deyildi. Bu, əslində, Azərbaycanın, o cümlədən də Gəncənin beynəlxalq məclislərə ev sahibliyi edə bilmə qabiliyyətinin bir daha qəbul və bəyan edilməsi idi. Çox şərəflidir ki, Madrid klubunun fəaliyyətində Gəncənin, Nizami yurdunun, Azərbaycan mədəniyyətinin tədqiq və təbliğ edilməsi də mühüm rol oynamışdır. Bir cəhət də çox maraqlıdır ki, Madrid klubunun üzvlərindən bir neçəsi Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin Himayədarlar Şuranın üzvləridir. Dünyanın məşhur kitabxanalarında mühafizə olunan Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Azərbaycan ədəbiyyatının digər nümayəndələrinə aid əlyazmaların, kitabların Gəncəyə gətirilməsində mühüm rol oynamışdır. Bu işlərin təşkilində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Ziyalılar Birliyi, xüsusən, AMEA Gəncə Bölməsinin əməkdaşları xüsusi xidmət göstərmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə 12-ci səfərində keçirilən görüşlər Gəncə tarixinin mühüm məsələlərinə də aydınlıq gətirmişdir. Madrid klubu dünyanın mötəbər təşkilatıdır. Onun çox geniş fəaliyyət sahəsi var. Burada maraqlı cəhətlər  Prezident tərəfindən aşağıdakı şəkildə ifadə edilmişdir: "Madrid klubu dünyanın mötəbər təşkilatlarından biridir, artıq Nizami Gəncəvi cəmiyyəti ilə elə bil ki, vahid siyasət aparır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "...belə işlər sözün əsl mənasında, öz xalqına, öz şəhərinə, diyarına olan məhəbbətin təzahürüdür". Beynəlxalq tədbirlərin Azərbaycanda, o cümlədən Gəncədə keçirilməsi Azərbaycan haqqında dolğun, düzgün məlumatın çatdırılmasına imkan yaradır. Gəncədə keçirilən beynəlxalq tədbirlər məzmun və formasından asılı olmayaraq Prezidentin qeyd etdiyi kimi: "...bütün bunlar Azərbaycanı dünyaya müasireyni zamanda, böyük tarixə, mədəniyyətə malik olan ölkə kimi təqdim edir."

Gəncə onlarca beynəlxalq tədbirə ev sahibliyi edərkən qonaqlarını həm abadlığı və quruculuğu, həm inkişafı, həm qonaqpərvərliyi, həm də elmi potensialı ilə valeh etdi. Gəncə  Avropa  Asiya ölkələrinin şəhərləri ilə qardaşlaşmış, rəsmi şəxsləri qəbul etmişdir. "Gəncə bizi valeh etdi" kəlməsini isə onların dilindən dönə-dönə eşitdik. Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç, Polşa Respublikasının Azərbaycandakı səfiri Mixail Labenda, Norveç Krallığının ölkəmizdəki səfiri Erlin Şönsberq, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Gəncənin bir şəhər kimi gözəlliyinə heyran olduqlarını dilə gətirdilər: "Gəncə şəhərinin gözəlliyi məni heyran etdi. Gəncə həm tarixini saxlayır, həm də müasir görkəmi ilə göz oxşayır." Avstriyanın ölkəmizdəki səfiri Silviya Mayer-Kaybiç isə fikrini: "Gəncənin inkişafı haqqında çox eşitmişdim, onu öz gözlərimlə gördüm. Bu inkişaf Azərbaycan üçün çox əhəmiyyətlidir" sözləri ilə ifadə etmişdir. Beləliklə, Gəncə çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Dünyanın 26 ölkəsindən 50-dək gəncin iştirak etdiyi beynəlxalq təlim kursları "Gənclər təşkilatlarının idarə olunması" və "Gənclər sahəsində gender məsələləri"nə həsr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər zamanı Gəncədə həyata keçirilən böyük işləri təqdir edərkən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını, fəaliyyətini və mərkəzin Azərbaycan mədəniyyətinin təbliğindəki rolunu xüsusi qeyd etdi. Prezidentin "Nizami Gəncəvi Beynəlxalq cəmiyyətinin işi artıq genişlənir" fikri çox mətləbləri açıqlamağa imkan verir. Bu, bir gerçəklikdir ki, Nizami Gəncəvi  Beynəlxalq cəmiyyətinin və onun Himayədarlar Şurasının yaranmasından o qədər də uzun müddət keçməmişdir. Lakin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti tamamilə yeni şəkil və mahiyyət kəsb etmişdir. "Bu nəinki bölgədə, dünya miqyasında böyük bir hərəkata çevrilmişdir" fikri cəmiyyətin uğurlarından xəbər verməklə yanaşı, onun gələcəkdəki fəaliyyətinin istiqamətlərini və vəzifələrini müəyyən etmişdir.

Azərbaycanda, o cümlədən Gəncədə keçirilən beynəlxalq tədbirlər xalqımızın tarixinin mühüm məsələlərinin dünyaya çatdırılmasında çox əhəmiyyətli rol oynayır. Bu, bir tarixi reallıqdır ki, qədim babalar qılınc çalıb, qəhrəmanlıq göstərməyi bacardıqları halda, təbliğata əhəmiyyət verməmiş, uğursuzluqda belə, gözlərində görünməli olan yaşı ürəklərinə axıtmışlar. Məkrli düşmənlərimiz döyüş meydanlarında söz deyə bilmədiklərinə görə, bütün dövrlərdə məkrli təbliğatla xristian təəssübkeşliyindən istifadə edərək tariximizlə bağlı təhrifedici məlumatlar yaymışlar. Uzun illər dünyanın Azərbaycan tarixi və həqiqətləri haqqında məlumatlarının azlığı danılmaz faktdır.

Yalnız 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra tariximiz haqqında məlumatların dünyaya çatdırılmasına qarşı yaradılmış blokadanı aradan qaldıra bildik. Bu da bizə məkrli düşmənlərin haqqımızda söylədikləri əsli olmayan yalan, saxta məlumatları təkzib etməyə və Azərbaycan həqiqətlərini, xalqın həmişə xeyirxah olduğunu obyektiv olaraq dünyaya çatdırmağa imkan yaratdı. Azərbaycan xalqının tolerantlığı dünyaya nümunə göstərilir. Burada dini mənsubiyyətinə görə heç kəsə fərq qoyulmur, təqib edilmir! Əksinə, son dövrlərdə Bakıda katolikpravoslavlar, yəhudilər üçün yeni kilsələr tikilir. Gəncədə xristian icmalarının sahib olduqları kilsə heç bir məhdudiyyət olmadan fəaliyyət göstərir. Əsrlər boyudur ki, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar burada sülhdostluq şəraitində yaşayırlar. Bu gün də Azərbaycan dünyaya tolerantlıq nümunəsidir! Tolerantlıq Azərbaycan xalqının yaşayış tərzidir! Tolerantlıq millətimizin qəlb genişliyi, ürək böyüklüyüdür!

Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməklə ən böyük siyasi uğuruna imza atıb! 2012-ci ildə ölkəmiz BMT TŞ-yə sədrlik edərkən dünyanın 155 dövləti bizim dövlət kimliyimizi əsaslı şəkildə müəyyən etdi. Azərbaycanın dünya birliyinə daxil olan dövlətlərin rəğbətini qazanması da bununla əlaqədardır. Azərbaycan həqiqətlərinin qəbul edilməsi nəticəsində dövlətlər əmin oldular ki, ədalət bizim tərəfimizdədir. Ona görə də Azərbaycan rəhbərliyi sədrlik dövründə dövlətlərin ədalətli mövqeyini müdafiə etdi. Azərbaycanın beynəlxalq reytinqini müəyyən edən elə bu kimi amillərdir.

 

 

 

Həsənbala SADIQOV,

Gəncə Dövlət Universitetinin professoru, əməkdar müəllim

Azərbaycan.-2014.- 28 yanvar.- S.3.