Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilmişdir

 

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Baş nazir Artur Rasizadənin sədrliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirədə Silahlı Qüvvələrin döyüş hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilmişdir.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.1.