İtaliyanın «Sport 24h» idman saytında «Bakı – 2015» Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilmişdir

 

İtaliyanın "Sport 24h" idman saytında ilk dəfə 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilmişdir.

Yazıda bildirilir ki, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Azərbaycanın "Bakı - 2015" Avropa Oyunlarına ev sahiblik edəcəyi qərarı təsadüfi deyildir. Azərbaycan idmanı Avropa Olimpiya hərəkatının ayrılmaz bir hissəsidir.

Müəllif Avropa Oyunlarının Bakıda keçirilməsinin və bu yarışda müxtəlif xalqların bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycanda idman, gənclər, mədəniyyət və digər sahələr daim diqqət mərkəzindədir.  Məhz bu səbəbdən Bakıda Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır.

Yazıda Avropa Oyunları üzrə Təşkilat Komitəsinin yarışda qeyri-olimpiya idman növü olan karatenin "Bakı - 2015" Oyunlarının proqramına salınması qərarı da yüksək qiymətləndirilmişdir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.sport24h.it/giochi-europei-baku-2015-ci-saranno-anche-scacchi-e-karate/

 

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 30 yanvar.- S.4.