«Şahdəniz»in ömrü uzun olacaq

 

Yaxud bu zəngin qaz mənbəyi haqqında dahabilirik

 

 

Azərbaycan yenə də öz sərvətləri ilə dünyanı riqqətə gətirməkdədir. Bu dəfə ən çox mavi yanacağı ilə...

Neft sənayesinin vətəni olan Azərbaycan həmişə təkcə özünü deyil, bir sıra digər coğrafi məkanları da yanacaqla təmin edib.

XIX əsrdə həyata keçirilən kerosin ixracını, XX əsrdə Azərbaycanın neftneft məhsulları, neft-maşınqayırma avadanlıqları istehsal etməsini və respublikadan kənara da göndərməsini, İkinci Dünya müharibəsi illərində təyyarə və tankların Bakı yanacağı ilə hərəkətə gəlməsini xatırlatmaq kifayətdir.

İyirminci yüzilliyin sonunda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının neft verməsi, XXI əsrin əvvəllərində isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsi ölkəni daha uca zirvələrə çatdırdı.

2006-cı ildə "Şahdəniz" yatağından hasilat əldə olunması, çıxarılan qazın təkcə Azərbaycandakı istehlakçılara deyil, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana, az sonra isə Bakı-Tbilisi-Ərzurum xəttilə Türkiyəyə çatdırılması Azərbaycanın böyük qaz ixracatçısı kimi tanınmasının başlanğıcı oldu. Həmin vaxtdan indiyədək üç ölkədəki istehlakçılar 40 milyard kubmetrdən çox "Şahdəniz" qazı ilə təchiz olunub.

İndi isə Cənub Qaz Dəhlizi yaratmaqla Azərbaycan qarşıdan gələn onilliklər ərzində təkcə sözügedən üç ölkəyə deyil, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ünvanlardakı istehlakçıları qazla təchiz edərək Avropanın enerji xəritəsini dəyişəcək. "Şahdəniz" layihəsinin əməliyyatçısı olan BP şirkətinin mətbuat açıqlamalarının birində deyildiyi kimi: "Şahdəniz-2" və Cənub Dəhlizi boru kəməri layihələri enerji sənayesinin tarixində ən böyük və ən mürəkkəb təşəbbüslərdən biri olacaq. Bu layihələr 11 şirkət, 7 hökumət və 11 topdan qaz alıcısı arasında əməkdaşlığın və uzunmüddətli əlaqələrin qurulmasını tələb edəcək".

Bütün bunlar təsadüfi deyil. Çünki "Şahdəniz" dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Hazırda onun birinciikinci mərhələ çərçivəsində işlənilən kollektorlarında ilkin geoloji qaz ehtiyatları 0,9 trilyon kubmetr (33 trilyon kubfut) təşkil edir. Yatağın dayaz və dərin qatlarında əlavə məhsuldar laylar da yerləşir. Bunlar geoloji qaz ehtiyatı həcmlərini 1,4 trilyon kubmetrə (50 trilyon kubfut) qədər artıra bilər.

"Şahdəniz"in ərazisi 140 kvadrat kilometri əhatə edir. Maraqlıdır ki, bu yataq ölçüsünə formasına görə Manhetten adasına (ABŞ-ın Nyu-York ştatının bir hissəsinin yerləşdiyi ada) bənzəyir.

"Şahdəniz" elə nəhəng bir yataqdır ki, onun işlənməsini bir neçə mərhələdə həyata keçirmək mümkündür. Birinci mərhələ çərçivəsində qaz yataqda quraşdırılmış platformadan hasil edilir sualtı borularla Səngəçal terminalına çatdırılır.

Hazırda elə birinci mərhələ özü ayrılıqda ildə 9 milyard kubmetrdən çox qaz gündə təxminən 55 min barel kondensat verən dünya səviyyəli layihədir. Bunu təsdiq edən faktlardan biri odur ki, dünyada öz məhsuldarlığı ilə seçilən quyular sırasında "Şahdəniz"in bir sıra quyuları da var. Onlar ildə 2 milyard kubmetrdən çox hasilatla işləyirlər.

"Şahdəniz" artıq 8 ildir özünün təhlükəsiz etibarlı qaz ixracatçısı olduğunu təsdiqləyir. Layihə daxilində bütün qurğular təhlükəsizlik baxımından mükəmməl göstəricilər nümayiş etdirir.

İkinci mərhələdə əsas səylər laylardakı potensial ehtiyatlara yönəldiləcək ki, bu da birinci mərhələdən əlavə, ildə 16 milyard kubmetr qazın gündə 120 min barelə qədər kondensatın əldə olunmasına imkan verəcək.

Nəhayət, daha önəmli bir fakt: "Şahdəniz" uzunömürlü yataq olacaq. Belə ki, layihənin tərəfdaşları yataqda layın qazvermə əmsalının artırılmasına yönəldilmiş yeni, üçüncü mərhələnin işlənməsinə dair uzunmüddətli baxışa malikdirlər.   

Bu baxış 2007-ci ildə BP tərəfindən qazılmış kəşfiyyat quyusuna əsaslanır. Həmin quyu indiyədək Xəzər dənizində qazılmış ən dərin quyudur. Başqa sözlə, yeni yüksək təzyiqli məhsuldar layin aşkar edilməsi "Şahdəniz" üçün ikinci mərhələdən sonra da möhtəşəm gələcək vəd edir. Bir şərtlə ki, bu ehtiyatların işlənilməsində yeni texnologiyalardan yeni kəşfiyyat əməliyyatlarından istifadə olunsun. Çünki sözügedən kollektorun yüksək təzyiqi var.

Bütün bunlar dəniz yataqlarının "şah"ı "Şahdəniz"in təbiətin öz səxavətli əlilə Azərbaycana bəxş etdiyi əvəzsiz bir sərvət olduğunu təsdiqləyir.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 30 yanvar.- S.7.