«Əsrin müqaviləsi»nin daha bir uğuru

 

"Qərbi Çıraq" platformasından ilkin neft alındı

 

 

 

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun ərazisində quraşdırılmış səkkizinci platforma neft verdi. AÇG-nin "ilkin"i "Çıraq"dan ad alan "Qərbi Çıraq" platformasından hasilata başlandı. Bununla da 2010-cu ilin mart ayında start verilmiş Çıraq Neft Layihəsi (ÇNL) başa çatmış oldu.

"Qərbi Çıraq" platforması Xəzərdə "Çıraq" "Dərinsulu Günəşli" platformalarının arasında olan ərazidə quraşdırılıb onun dayaqları dənizin 170 metr dərinliyində qərar tutub. Yeni platformanın gündəlik hasilatının 183 min barel neft təşkil edəcəyi gözlənilir. Qurğu həmçinin gündə 285 milyon standart kubfut qaz ixrac etmək gücünə malikdir.    

ÇNL-nin dəyəri 6 milyard dollar səviyyəsində qiymətləndirilmişdi. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi öncəqazma proqramı üçün xərclənib. Vəsaitin qalan hissəsi isə istismar müddəti ərzində platformadan istismar quyularının qazılmasına sərf olunacaq.

Bu iri investisiya AÇG- layların neft verməsini optimallaşdırmağa xidmət edəcək. Başqa sözlə, ÇNL bu yataqlarda hasilatın sonrakı azalmalarını ləngidəcək, çıxarılan neftin həcminin artmasna kömək edəcək. Beləliklə, hasilatın yüksək səviyyəsinin ömrünü uzadacaq.

Xatırladaq ki, AÇG-nin iştirakçıları BP (operator - 35,78 faiz), ARDNŞ (11,65 faiz), "Şevron" (11,27 faiz), "İnpeks" (10,96 faiz), "Statoyl" (8,56 faiz), "EksonMobil" (8 faiz), TPAO (6,75 faiz), "İtoçu" (4,3 faiz), OVL (2,72 faiz) şirkətləridir.

AÇG layihəsi çərçivəsində ilkin neft 1997-ci ilin noyabr ayında "Çıraq" yatağından əldə olunub. Sonrakı mərhələlərdə "Mərkəzi Azəri" (2005-ci ilin əvvəlində), "Qərbi Azəri" "Şərqi Azəri" (müvafiq olaraq 2006-cı ilin yanvarında oktyabrında) hasilata başlayıblar. "Dərinsulu Günəşli" isə 2008-ci ilin aprel ayından neft verir. 

BP şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə  üzrə regional prezidenti Qordon Birrell deyir: "Bu vaxtadək AÇG yataqlarından 2,3 milyard bareldən artıq neft hasil edilib. Hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara qurğulara gələcəkdə davamlı  investisiyaların qoyulması ilə AÇG hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək. AÇG-nin operatoru olan BP şirkəti   tərəfdaşlarımız hasilatın optimallaşdırılması yatağın neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində bizi addım-addım irəliyə aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihə AÇG-dən hasilatın sabitləşdirilməsi yeni "Qərbi Çıraq" platformasından daha çox quyular qazmaqla neftvermə əmsalının artırılması istiqamətində atılmış böyük bir addımdır".

Qeyd edək ki, "Qərbi Çıraq" platformasının tikintisi bütövlüklə ölkə daxilində həyata keçirilib. Belə ki, onun bütün hissələri Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrində inşa edilib.

Platformanın dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahələrində yerli "BOS-Şelf" şirkətinin əməyi ilə ərsəyə gəlib. Onun inşası 2010-cu ildən başlayaraq 2012-ci ilin sonunadək davam edib. Bu müddət ərzində tikinti işlərinə 2 min nəfər, o cümlədən  subpodratçı təchizatçı müəssisələrin mütəxəssis fəhlələri cəlb olunub. İşçilərin qüvvəsinin təxminən 96 faizini Azərbaycan vətəndaşları təşkil edib.

Qurğunun  üst modulları isə Bibiheybətdə yerləşən ATA ("AMEK-Tekfen-Azfen") alyansının tikinti-quraşdırma sahəsində inşa olunub. Çəkisi 18500 ton olan bu qurğu indiyə qədər Xəzər dənizində quraşdırılmış ən ağır konstruksiyadır. Tikinti işlərinin aparıldığı üç il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet sayılıb. Subpodratçılar təchizatçılar da daxil olmaqla tikintiyə təxminən 4 min nəfər cəlb edilib ki, bunun da 90 faizə qədəri yerli işçilər olub.     

Keçən ilin iyul ayında Prezident İlham Əliyev qurğunun tikildiyi ATA sahəsinə baş çəkmiş, üst modulların inşasının tamamlanmasından məmnun qaldığını bildirmiş bu nailiyyətdə əməyi olanların hamısını təbrik etmişdi.

"Qərbi Çıraq"ın bütün hissələri hələ keçən ildən Xəzərdə, öz daimi yerində quraşdırılıb sınaqların hamısından uğurla keçib. Bu günlərdə isə öncədən qazılmış quyuların  birindən - J05 quyusundan neft alınıb.

"Qərbi Çıraq"ın nefti əvvəlcə platformada  quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yataq daxilindəki yeni sualtı xətlərlə AÇG-ni Səngəçal terminalı ilə birləşdirən mövcud 30 düymlük boru kəmərinə ötürüləcək. Bu il ərzində digər öncəqazma quyuları  işə düşdükcə platformadan hasilat da tədricən artacaq. Daha sonra isə platformanın özündən yeni istismar quyuları qazılacaq.

"Qərbi Çıraq"ın ilkin nefti ÇNL-nin uğurla həyata keçirilməsi deməkdir. Bu həm "Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi layihəsinin növbəti bir qələbəsi, ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla davam etdirilməsinin bariz nümunəsidir.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 31 yanvar.- S.1.