Pianoçuların konserti

 

Rumıniyanın Buxarest şəhərindəki "Lumina" Universitetində Azərbaycan və Türkiyə piano ifaçılarının konserti keçirilib. Rumıniya Türk Qadın İş Adamları Dərnəyinin təşkilatçılığı ilə keçirilən musiqi gecəsində qurumun rəhbəri Birgül Şenyuva çıxış edərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti Yeganə Axundovaya xüsusi minnətdarlığını bildirib. Belə ki, tanınmış pianoçu dərnəyin dəvətini qəbul edərək konsert proqramına qatılıb. Gecədə Azərbaycan və türk bəstəkarlarının əsərləri, xalq musiqiləri səsləndirilib.

 

Azərbaycan.-2014.- 31 yanvar.- S.8.