“Bakı-2015” dünya idman tarixində möhtəşəm tədbir kimi qalacaq

 

Tarixdə ilk dəfə təşkil olunacaq qitənin ən böyük idman tədbirinə iki aydan bir qədər çox vaxt qalıb. Belə bir idman festivalının  Azərbaycanda keçirilməsində, hər şeydən əvvəl, ölkəmizin beynəlxalq aləmdə nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynayıb.

Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən, demokratik prinsiplərə xüsusi önəm verən, insan hüquq və azadlıqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan, müasir, güclü ölkə kimi özünü təqdim edə bilib. Təəssüf ki, ölkəmizin nail olduğu tərəqqi bir sıra daxilixarici qüvvələr tərəfindən davamlı şəkildə təhrif edilir.

Sözügedən qüvvələr yenə də böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Çünki illər boyu müstəqil Azərbaycana qarşı hazırladıqları planlar həmişə fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq, Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə regionda yox, onun hüdudlarından kənarda da böyük nüfuz sahibi kimi çıxış edir.

Ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr son vaxtlar yenidən canlanmağa  başlayıb. Bəzi yerlixarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv məlumatlarla  Azərbaycana qara yaxmaqla məşğuldurlar. Azərbaycan irəliyə getdikcə antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, bəd niyyətlərin uğursuzluğundan doğan əsəbi tarıma çəkilir.

Avropa Oyunları ərəfəsində ölkə daxilində çaxnaşma yaratmaq məqsədilə “sapı özümüzdən olan baltalar” tərəfindən qeyri-obyektiv, qərəzli məlumatlar, videolar yerli internet saytlarında, sosial şəbəkələrdə paylaşılır. Böyük Britaniyanın “Amnesty International” təşkilatının “Bakı-2015”i boykot etmək çağırışı, Oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən cəfəng materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir.

 Əslində belə təşkilatların hesabatları hər bir ölkədə demokratiyaqanunun aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Lakin onlar antiazərbaycançı şəbəkənin və erməni lobbisinin maraqlarına xidmət etdiklərindən gerçəkliyi əks etdirmək əvəzinə iftirayalanla silahlanaraq həmişə Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstəriblər.

Elə indinin özündə də Azərbaycanda ictimai-siyasi sabitlik, yaxın və uzaq xarici ölkələrlə müqayisədə sürətli inkişaf  bir çoxlarını narahat edir. Həm daxili, həm də xarici bədnam dairələr əlbir fəaliyyət göstərir, ölkəmizin mənfi imicini yaratmaq məqsədilə yeni-yeni “layihə”lər reallaşdırmağa cəhd edir. Lakin əbəs yerə. Azərbaycan hər zaman öz işini elə səviyyədə qura bilib ki, belə məkrli planlar kağız üzərində qalsın, ölü doğulsun. Azərbaycan hansısa dairənin istəyinə uyğun olaraq nə zəifləyir, nə də gücdən düşür. Əksinə, bütün istiqamətlərdə inkişafını uğurla davam etdirir.

Bir neçə gündür məlum qüvvələr Böyük Britaniyanın www.insidethegames.biz internet saytının cəfəng xəbərini həqiqət kimi oxuculara sırımağa çalışır. Yalanın böyüklüyünə baxın: “Bakı-2015” saxtadır, əsl Avropa Oyunları Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, I Avropa Oyunları 2-ci dərəcəli tədbirdir...

Guya bilmirlər ki, Avropa  Oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz Avropa Olimpiya Komitəsi (AOK) qəbul edir. AOK-un prezidenti Patrik Hikki isə bir daha onları başa salıb ki, “Bakı-2015”in BerlinQlazqoda  təşkil  olunacaq turnirlə heç bir əlaqəsi yoxdur: “Başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”. Cənab P.Hikki vurğulayıb ki, Azərbaycan paytaxtının ev sahibliyi edəcəyi I Avropa Oyunları qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və yeni brendə çevriləcək: “Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı- 2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi olacaq ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.

Beləliklə, antiazərbaycancı şəbəkə növbəti dəfə uğursuzluğa düçar oldu. Bu da təbiidir. Çünki yalan ayaq tutar, amma yeriməz.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 3 aprel.- S.5.