Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddələr 171, 226, ¹ 4, maddə 287; 1998, ¹ 1, maddə 16; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 6, maddə 328, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8, maddə 684; 2009, ¹ 5, maddə 314, ¹ 7, maddələr 512, 517; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 604; 2013, ¹ 3, maddə 217, ¹ 4, maddə 355) 12-1-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bənddə “Azərbaycan Respublikası Konstitusiyasının, bu qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun” sözləri “onunsözü ilə əvəz edilsin;

2. 9-cu bənddə “təqdim edilməsi tələbinə təkrarən” sözləri “təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 6 mart 2015-ci il

Azərbaycan.-2015.- 7 aprel.- S.4.