Sonsuz dəhliz filmi Türkiyənin TV 24 kanalında

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Xocalıya ədalət! kampaniyası çərçivəsində türk dilinə tərcümə edilən Sonsuz dəhliz sənədli filmi Türkiyənin TV 24 kanalında yayımlanıb. Xatırladaq ki, film martın 1-də 2-də CNN Türk kanalında, 4-də 7-də isə Albaniya Milli Televiziyasında yayımlanmışdı.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da yayımı nəzərdə tutulur. Sonsuz dəhliz filminin Xocalıya ədalət! təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Sonsuz dəhliz sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) nüfuzlu Grammy Award mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər vaxtilə çəkilmiş videogörüntülər fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

 

Azərbaycan.-2015.- 7 aprel.- S.7.