“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1228; 2013, ¹ 12, maddə 1467; 2014, ¹ 7, maddə 783; Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1169-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10.1.8. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;”.

2.  Aşağıdakı məzmunda 11.0.4-3-cü maddə əlavə edilsin:

“11.0.4-3. hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında inzibati vəzifədə və ya prokurorluq orqanlarında prokurorluq işçisi kimi işləyən şəxs yenidən hakim vəzifəsinə təyin edilmək arzusunu bildirdikdə, onu müsahibədən keçirmək;”.

3. 12.0.10-cu maddə ləğv edilsin.

4. Aşağıdakı məzmunda 12.0.26-1-ci maddə əlavə edilsin:

“12.0.26-1. birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə müvafiq icra hakimiyyəti orqanının təkliflərinə rəy vermək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 fevral 2015-ci il

Azərbaycan.-2015.- 10 aprel.- S.2.