Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

86 Bakı şəhəri, 19 mart 2015-ci il

 

Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 970 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - Azərbaycan SSR-nin dövlət mühafizəsində olan arxeoloji abidələrinin siyahısında aşağıdakı dəyişikliklər edilsin:

1. Culfa rayonu bölməsinin 308-ci hissəsi çıxarılsın.

2. Culfa rayonu bölməsindən əvvəl aşağıdakı məzmunda Babək rayonu bölməsi əlavə edilsin:

Babək rayonu

307-1

Nəhəcir kəndi

yaşayış yeri

tunc dövrü

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 10 aprel.- S.3.