Azərbaycan-Niderland biznes forumunun

 təşkili məsələləri müzakirə olunub

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielsenlə görüşü olub.

 

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğu vurğulanıb. Eləcə də əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, Azərbaycan nümayəndə heyətinin aprel ayında Niderlanda nəzərdə tutulan səfəri və səfər çərçivəsində Azərbaycan-Niderland biznes forumunun təşkili məsələlərinə dair müzakirələr aparılıb.

 

Azərbaycan.-2015.- 11 aprel.- S.6.