YARAT Film Klubunda Şirin Neşatın filmləri nümayiş olunub

 

YARAT Müasir İncəsənət Mərkəzində yerləşən YARAT Film Klubunda Şirin Neşatın “Coşğun”, “Sevinc”, “Şövq” “Xəyallar aynalar” filmləri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl YARAT-ın PR meneceri Cəmilə Orucova jurnalistlərə müsahibə verib. O deyib: “Dənizkənarı bulvarda yerləşən YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatının yeni məkanıdır. Hazırda YARAT Film Klubunda məşhur İran rəssamı Şirin Neşatın 4 filmi nümayiş olunur. Bu məkanda Ş.Neşatın əsərlərindən ibarət “Gözlərimin evi” adlı sərgi açılıb iyunun 23-dək davam edəcək. 1960-cı ildə bu binada dəniz gəmiləri üçün texniki baza fəaliyyət göstərib. Bərpa nəticəsində bu bina hazırda ikimərtəbəli dəbdəbəli müasir incəsənət mərkəzidir. Burada sərgi salonu ilə yanaşı, auditoriya, kitabxana var. Qapılarımız hamı üçün açıqdır. Bütün sənətsevərləri dəvət edirik. YARAT Müasir İncəsənət Mərkəzi Bayıl qəsəbəsində, Dövlət Bayrağı Meydanının ətrafında yerləşir. Həftənin bütün günləri saat 11:00-dən 20:00-dək, şənbə günü isə saat 11:00-dan 23:00-dək açıqdır”.

Rəssam rejissor Teymur Daimi isə diqqətə çatdırıb ki, YARAT Film Klubunun yaranması böyük bir hadisədir. O deyib: “Bakıda kinoklublar mövcuddur onlar qeyri-formaldır. Məncə, kino həmişə vizual sənətin bir qolu olub vaxtsa öz kökündən bir qədər uzaqlaşıb. Bu uzaqlaşma əslində vizual sənətin növbəti təkamülüdür. Mövcud stereotipə görə, kinoda ssenari əsasdır ön planda olmalıdır. Amma əslində kino vizual sənətdir. Əsl rejissor auditoriya ilə kinonun dilində danışmalıdır. Bu dil təsvir, vizual sıra, musiqi səsdən ibarətdir. Ş.Neşatın filmlərində kino sənətinə bu cür yanaşma təqdim olunur. YARAT Film Klubunda məhz belə filmlər nümayiş olunacaq ki, bu da çox əhəmiyyətli bir hadisədir. Bizdə belə şey olmayıb”.

Qeyd edək ki, YARAT Film Klubunu açmaq ideyası YARAT qeyri-kommersiya təşkilatının kino peşəsini öyrənən tələbələrə gənc nəsil kino peşəkarlarına böyük inamından irəli gəlir. Klubu yaratmaqda məqsəd müasir incəsənət əsəri kimi çəkilmiş videolara filmlərə baxıb, onların qeyri-formal müzakirəsini aparmaq üçün münasib görüş yeri təşkil etməkdir.

YARAT qeyri-kommersiya təşkilatı film klubunda tələbə qruplarının, gənc kinematoqrafların sənətsevərlərin burada toplaşaraq, nümayiş olunan əsərlər barədə təəssüratlarını bölüşəcəklərinə, eləcə rəssam rejissorların iştirakı ilə qeyri-formal müzakirə, fikir mübadiləsi aparacaqlarına ümidvar olduğunu bildirir.

Filmlərə baxış yeni YARAT Mərkəzinin müxtəlif funksiyalarla istifadə olunan zalında keçiriləcək.

Filmin nümayişindən əvvəl YARAT Müasir İncəsənət Məkanının tədris proqramları üzrə koordinatoru Ülviyyə Axundova Şirin Neşatın həyatı haqqında məlumat verib.

Bildirib ki, Şirin Neşat Nyu-Yorkda yaşayan İran əsilli vizual-art sənətkarıdır. Ən çox kino, video fotoqrafiya əsərlərinin müəllifi kimi tanınır. 2000-ci ildən etibarən kinofestivallara qatılan Ş.Neşat Telluride (2000), Çikaqo (2001), San-Fransisko (2001), Lokarno (2002), Tribeca (2003), Sundance (2003) Kann (2008) beynəlxalq kino festivalların iştirakçısı olub. 2010-cu ildə tənqidçi G.Rocer Denson “Huffington Post” qəzetində onu “Onilliyin rəssamı” adlandırıb. Ş.Neşat 2010-cu ildə 63-cü Berlin Beynəlxalq Kinofestivalında münsiflər heyətinin üzvü olub.

Ş.Neşatın beynəlxalq miqyasda daha çox tanınması 1999-cu ildə “Coşğun” (Turbulent) “Sevinc” (Rapture) adlı əsərlərinə görə 48-ci Venesiya Biennalesində birinci yer mükafatı olan “Qızıl Şir”ə layiq görülməsi ilə bağlıdır. Çəkilişlərə təxminən 250 insan cəlb olunmuş bu layihəyə Jérôme de Noirmont Qalereyası prodüserlik edib. Layihənin premyera öncəsi dünya təqdimatı 1999-cu ilin may ayında Çikaqo İncəsənət İnstitutunda uğurla keçirilərək, tənqidçilərin ictimaiyyətin marağına səbəb olub.

Tədbir iştirakçıları sonra filmlərə baxıblar.

“Coşğun” filmi Ş.Neşatın 1998-ci ildə ərsəyə gətirdiyi iki-ekranlı videoinstalyasiyadır. İki müğənni (Şoca Azari kişi, iranlı müğənni bəstəkar Süsən Deyhim isə qadın rolunda), qədim İran musiqisi poeziyasının dili ilə gender məsələlərinin mürəkkəbliyi mədəniyyət qüvvəsini vurğulayan ifadəli musiqi metaforu yaradırlar.

“Sevinc” filmi didərginliyin köksüzlük, evsizlik psixologiyasını qabarıq ifadə edir. Ş.Neşat İrandan Amerikaya köçmüş bir şəxs kimi kritik məsafədə qərarlaşaraq, həm poetikanı, həm də örpəyin gücünü ifadə etməyə müvəffəq olub. Müsəlman qadınının gücünü və gözəlliyini tərənnüm edərək, o, eyni zamanda, cəzalanma qorxusundan da xəbərdar olduğunu bildirir. Ş.Neşat bu filmdə ilk dəfə sırf foto üsulları ilə tamaşaçıya estetik, poetikemosional şok yaşatmağa cəhd edib.

2000-ci ildə çəkilmiş “Şövq” iki-kanallı ağ-qara video instalyasiyadır, Nyu-Yorkdakı “Gladstone” Qalereyasının icazəsi ilə nümayiş etdirilir. İslam inqilabından sonra İran mədəniyyətinin sevgiyə qarşı neqativ yanaşmasını göstərir. Ağ-qara material burada lap yerinə düşür: məsciddəki kişilərin dümağ köynəkləri və qadınların qapqara çarşabları onlar arasındakı gözəçarpan təzadı əks etdirir.

“Xəyallar aynalar” filmi gələcəyə boylanır. Bu kölgəli, qədim otaqlarda gizlənmiş gələcəkdir. Natali Portman bir adamı izləyir. Həmin adam öncə dəniz sahilində peyda olub, sonra tələsə-tələsə qum təpələrinin üstündən keçir, sürüşür, pilləkənlə qalxıb boş zallardan keçir. Onun dalınca düşən Natali Portman başqa qəribə elementlərlə, o cümlədən divar boyu düzülmüş stullarda oturan adamlarla, “başqasının” (əslində isə özünün) saçını qısaldan yaşlı qadınla üz-üzə gəlir. Hərəkətlər gərgin ehtiyatlıdır, ekrandakı əhvalat sözsüz dolaşıq cərəyan edir. Görüntülər əriyir, ikiləşir, bəziləri isə xatirə ya gələcəkdən xəbər verən qarabasma kimi dalğalanan səhnə fonunda aydın kəskin qalır. Axırda isə Natali Portman qaranlıq otağın pəncərəsindən çölə baxır, orada özünü günəşin, küləyin qabağında, filmin əvvəlində göstərilən dənizin sahilində görür.

Qeyd edək ki, YARAT Film Klubunda növbəti aylarda da filmlər göstəriləcək. Mayın 16-da Şezad Davudun (Böyük Britaniya) “Pirsinq parlaqlığı”, “Mümkün filmə doğru”, 19-20-də Böyük Britaniyanın, 22-də Lida Abdulun (Əfqanıstan) seçilmiş video əsərləri nümayiş olunacaq.

Bu məkanda iyunun 4-də Ergin Çavuşoğlunun (Böyük Britaniya) seçilmiş əsərləri, sentyabrın 25-də Saodat İsmailovanın (Özbəkistan) “Qırx gün sükut” filmi göstəriləcək. Noyabrın 13-də Zeyqəm Əzizovun (Azərbaycan) “Simpozium”, 27-də Muratbek DjumalievGulnara Kazmalievanın (Qırğızıstan), dekabrın 11-də Mariam Qaninin (ABŞ) seçilmiş əsərləri nümayiş olunacaq.

 

Azərbaycan.-2015.-  14 aprel.- S.7.