Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Yanvarın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacı oğlu Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, Milli Məclisin deputatı MSK-ya müraciət edərək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi vəzifəsinə seçildiyi üçün onun deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Komissiya Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Asəf Hacı oğlu Hacıyevin MSK-ya müraciətinə əsasən onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə də baxılıb. Hərtərəfli və obyektiv şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul edilib. Komissiya üzvlərinin müzakirəsindən sonra Ərkivan bələdiyyəsinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsinin 4 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılaraq ləğv olunması qərara alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan. - 2015.- 8 aprel.- S.6.