Azərbaycanın xarici işlər naziri

 Riqada Latviya Seyminin spikeri ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqaya rəsmi səfəri çərçivəsində aprelin 15-də Latviya Seyminin spikeri İnara Murniyetse ilə görüşüb. Seymin spikeri iki ölkənin qanunvericilik orqanları arasında sıx əlaqə olduğunu qeyd edib. İ.Murniyetse ümidvar olduğunu bildirib ki, mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq.

Elmar Məmmədyarov parlamentlərarası diplomatiyanın vacibliyini qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək vurğulayıb ki, bu problemin həlli regionda sülhün bərqərar olması və inkişaf üçün çox vacibdir.

Görüşdə iki ölkə arasında energetika sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.

 

Nigar CƏFƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

 Riqa

Azərbaycan.-2015.- 16 aprel.- S.3.