Bakı nefti olmasaydı...

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

1941-ci il iyunun 22-də, Böyük Vətən müharibəsi adını almış dəhşətli savaş başlayanda Azərbaycanın minlərlə igid oğlu da “Müsəlləh əsgərəm mən də bu gündən” dedi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılmışdı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 640 min nəfər səfərbər edilib cəbhəyə göndərilmişdi. Onların 300 mindən çoxu qələbə uğrunda canından keçmişdi. 130 nəfər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdü. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. 170 min nəfər Azərbaycan əsgər və zabiti ordenmedallar almışdı.

Bu müharibə ümumxalq xarakteri daşıyırdı. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı Sovet İttifaqı kimi nəhəng bir ölkəni başdan-başa bürümüşdü. Keçmiş SSRİ-nin digər respublikaları kimi, Azərbaycan da faşizmlə mübarizəyə qalxmışdı. Xalqımızın müharibədə iştirakı təkcə igid oğullarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özübir cəbhəyə çevrilmişdi - arxa cəbhəyə. Bu cəbhə o zaman İttifaqda birləşən bütün xalqların vətən dediyi ölkəyə düşmənə qarşı mübarizəsində, döyüşündə, qələbə qazanmasında sözün əsl mənasında arxa-dayaq olmuşdu.

Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbələri qazanırdı. Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi. Marşal Georgi Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, vətənimizin müdafiəsinə, düşmən üzərində qələbəyə kifayət qədər yüksək keyfiyyətli yanacaq vermişlər.

Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.

Elə bu böyük iştaha ilə də Hitlerin ad günü üçün bişirilən tortun üstündə Bakı şəhəri və Xəzər dənizi təsvir edilmişdi. Tortun ətrafına toplaşmış alman zabitləri onun Bakı təsvir edilmiş hissəsini dilim kimi kəsmiş və Hitlerin boşqabına qoymuşdular.

Faşistlərin bu məqsədə çatmaq üçün apardıqları gərgin mübarizədən bəhs edərək “Krasnaya zvezda” qəzeti 26 sentyabr 1942-ci il tarixli nömrəsində yazırdı: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali QafqazStalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır”.

Qafqazın işğalı üçün tərtib edilmiş planının (Edelveys planı) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib onun neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 1941-ci il iyulun 16-da Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.

Faşistlər Bakını tuta bilmədilər. Çünki Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə apardı. Tanınmış həmyerlimiz Nikolay Baybakovun dediyi kimi: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.

O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq - neft bazası olan Bakının rolu xeyli artmışdı. Belə ki, müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda “Katyuşa” raketi, “Şpakin” pulemyotu istehsal edilirdi. “Yak-3” qırıcı təyyarələri yığılırdı. Burada 130-dan çox silah onların hissələri hazırlanırdı.

Marşal Andrey Qreçko yazmışdı: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı ərzaqla dolu yük qatarları gəlirdi”.

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Təsadüfi deyil ki, azərbaycanlı alim SSRİ Dövlət mükafatı aldı onun adı döyüş maşınları mühərrikləri icad edən İlyuşinlə, Yakovlevlə, Lavoçkinlə, Mikulinlə yanaşı çəkildi.

Marşal Konstantin Rokossovski demişdi: “Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.

Azərbaycan neftçiləri təkcə əmək meydanında hünər göstərməklə kifayətlənmirdilər. Onların qəlbi bütün ölkə ilə birlikdə döyünürdü. Məsələn, Leninqrad (indi Sankt-Peterburq) blokadasında qalan insanlara yazırdılar ki, Azərbaycan neftçiləri daim sizinlədir.

Azərbaycan xalqının müharibə illərindəki fədakarlığından danışarkən ümummilli lider Heydər Əliyev demişdir: “Bugünkü gələcək tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər”.

O illərdə Azərbaycan neftçiləri çətin şəraitdə işləyirdilər. Bununla belə, neft hasilatını əvvəlki illərə nisbətən qat-qat artırmağa nail olmuşdular. Müharibənin təkcə birinci ilində Bakı ölkəyə 23,5 milyon ton neft 2,6 milyon kubmetr təbii qaz vermişdi. Bakı mədənlərində o vaxtadək belə göstəricilərə nail olunmamışdı.

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı neft məhsullarını Şimali Qafqaz Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na göllərə (Zığ, Masazır s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər.

Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.

Təsadüfi deyil ki, 9 may Qələbə Günü hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilir. O acı olaylar da yaddan çıxmır ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü öz hakimiyyəti dövründə bu bayramı ləğv etmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdiindi rəsmi bayramlar sırasında qeyd olunur. İstər bayram günündə, istərsə digər vaxtlarda faşizm üzərində qələbə üçün Azərbaycan neftçilərinin verdiyi töhfə daim yada salınır.

Bakı nefti olmadan 1941-1945-ci illər müharibəsində SSRİ faşizmə qalib gələ birlərdimi? Cavab bütün dünyaya aydındır. Bu sualı dünyanın görkəmli şəxsiyyətləri öz güclü məntiqlərinin süzgəcindən keçirərək, demək olar ki, eyni cür cavablandırıblar.

Məsələn, uzun illər SSRİ neftqaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Ulu öndər 2003-cü il fevralın 25-də “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda Vaşinqtonda keçirilən beynəlxalq konfransdakı nitqində demişdi: “Çoxları indideyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə və Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Digər bir çıxışında isə ulu öndər demişdir: “Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi”.

 

F.SADIQLI,

Azərbaycan.-2015.- 22 aprel.- S. 9.