Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

107 Bakı şəhəri, 14 aprel 2015-ci il

 

Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1144-IVQD nömrəli qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1024 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 9, maddə 869; 2007, 1, maddə 45, 3, maddə 312, 10, maddə 1021; 2008, 2, maddə 116; 2009, 6, maddə 491, 10, maddə 846, 12, maddə 1061; 2010, 3, maddə 264, 4, maddə 359, 7, maddə 702, 12, maddə 1122; 2014, 3, maddə 321, 10, maddə 1322) ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 27-ci sətri aşağıdakı redaksiyada verilsin:

27. Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 24 aprel.- S.1.