Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

 

Aprelin 29-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.

İclasda nazirliyin kollegiya üzvləri, NaftalanSamux rayon icra hakimiyyətinin başçıları və digər qonaqlar iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, Naftalan hələ sovetlər vaxtından sağlamlıq turizmi sahəsində çoxsaylı xarici qonaqları qəbul etmişbu gün də MDB məkanında məşhurdur. O, Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün son illər yeni-yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hazırda bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz açıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu regionda turizmin inkişafından danışıb. Bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir.

Nazir, həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açıb və birinci Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini bildirib. Hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olduğunubu prosesin davam etdirildiyini vurğulayıb.

İclasda “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi”, “Mingəçevir Turizm Kollecinin elmi-pedaqoji kadr ehtiyatı və tədris prosesində innovativ yanaşmaların tətbiqi” mövzularında və nazirliyin “2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat poliqrafiya sahəsinin və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı” və digər gündəlikdə olan məsələlərlə bağlı məruzələr dinlənilib.

İclas zamanı nazir bu bölgədə lisenziyasız fəaliyyət göstərən mehmanxanaların çoxluğundan narahatlığını ifadə edib və aidiyyəti üzrə bu problemin həllinə dair müvafiq tapşırıqlar verib.

Sonda “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən mehmanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair niyyət protokolu imzalanıb.

Qeyd olunan məsələlər Kollegiyanın qərarı ilə təsdiq olunub.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.11.