Azərbaycanın Baş naziri Çindən yola salınmış ilk konteyner qatarının Ələt Ticarət Limanında qarşılanma mərasimində iştirak edən nümayəndə heyəti ilə görüşüb

 

Avqustun 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ilk konteyner qatarının Bakı (Ələt) Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanma mərasimində iştirak edən nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə daxil olanQazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin direktoru Mamuke Baxtadze Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov layihə haqqında Baş nazir Artur Rasizadəyə ətraflı məlumat verərək bildiriblər ki, Çinin Şixezi şəhərindən yola salınmış 1700 tondan artıq yüklə dolu ilk sınaq qatarı Qazaxıstanın Aktau limanından keçməklə Azərbaycana çatdırılıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə üç ölkənin dəmir yolu qurumlarının müştərək həyata keçirdikləri bu nəhəng layihənin tranzit yüklərinin cəlb edilməsi yükdaşıma həcminin artırılması baxımından çox böyük əhəmiyyəti var.

Layihənin uğurla reallaşdırılmasından məmnunluq ifadə edən Baş nazir Artur Rasizadə marşrutun beynəlxalq mahiyyətinə toxunaraq əmin olduğunu bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra yükdaşımalarda ixracat tranzit potensialı daha da yüksələcək, Transxəzər nəqliyyat marşrutunun rəqabət gücü artacaq, Avropa ölkələrinə əksinə yükdaşımalar daha səmərəli, sürətli təhlükəsiz həyata keçiriləcək. İlk növbədə ölkə rəhbərlərinin siyasi iradəsi sayəsində baş tutan digər beynəlxalq əhəmiyyətli layihələr kimi, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yüklərin daşınması da bütün regionun iqtisadi potensialına stimul verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi zamanı növbəti yük qatarının yola salınmasına hazırlıq aparıldığı diqqətə çatdırılıb.

Baş nazirin müavini Abid Şərifov görüşdə iştirak edib.

 

Azərbaycan.- 2015.- 4 avqust.- S. 1.