Sonsuz dəhlizfilmi İsrailin “Channel 1” kanalında

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənXocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğuSonsuz dəhlizsənədli filmi avqustun 4-də yerli vaxtla saat 21:00-da İsrailin “Channel 1” televiziya kanalında nümayiş etdiriləcək.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsindən bəhs edən sənədli filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin premyerası TürkiyəninKanal 24”, “CNN Türkkanallarında Albaniyanın Milli Televiziyasında da baş tutub.

Xatırladaq ki, “Sonsuz dəhlizfilmininXocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

 

Azərbaycan.- 2015.- 4 avqust.- S. 4.