Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaranmasından 97 il keçir

 

Avqustun 5-i Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaranma günüdür. İlk dəfə  Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma 1920-ci ilin yayında Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçmiş SSRİ HDD-nin Xəzər Donanmasının Bakı Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir.

 

Azərbaycan.- 2015.- 5 avqust.- S. 3.