Misirdə yeni Süveyş kanalının təntənəli açılış mərasimi keçirilib

 

Misirdə ölkə üçün tarixi hadisə olan təntənəli mərasimyeni 72 kilometrlik Süveyş kanalı məcrasının açılışı keçirilib. Kanalın yaradılması təşəbbüsü Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə məxsusdur.

Təntənəli mərasimdə 90 rəsmi xarici nümayəndə heyəti, dövlət hökumət başçıları, o cümlədən Fransa Prezidenti Fransua Olland, İordaniya kralı II Abdullah, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, Yunanıstanın Baş naziri Aleksis Tsipras digər yüksək vəzifəli dövlət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasını Baş nazirin müavini Abid Şərifov təmsil edib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının yeni məcrasındaƏl-Maxruskruiz yaxtasının göyərtəsində İsmailiyə buxtasında fəxri qonaqlar üçün qurulmuş kürsüyə yönələrək mərasimi açdı. İki gəmi bu yeni genişlənmiş su arteriyasında naviqasiyaya start əlaməti olaraq kanalın iki məcrası ilə keçdi.

Misir Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə suda ölkənin Hərbi Hava Qüvvələrinin hava paradının başa çatmasından sonra Prezident Əbdülfəttah əs-Sisi Süveyş kanalının yeni məcrasının istismara buraxılması haqqında aktı imzaladı.

Öz çıxışında Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu hadisəni Süveyş kanalının yeni məcrasının tikilməsinə böyük səylər göstərmiş Misir xalqı üçün tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Misir xalqı çətinliklərə sinə gərməyə hazır olduğunu nümayiş etdirib. Kanal ölkə üçün çox mürəkkəb şəraitdə tikilib. Ölkə başçısı vurğuladı ki, kanalın tikintisi Misirin keçəcəyi minlərlə addımdan biridir. Bu hadisə çoxsaylı layihələrin başlanğıcıdır. Əbdülfəttah əs-Sisi xüsusi qeyd etdi ki, bununla yanaşı Misir xalqı ən qorxulu ekstremist ideologiyası ilə - terrorizmlə qarşı-qarşıya durdu öz ölkəsi, bütün bəşəriyyət üçün dağıtmaq yox, inkişaf, quruculuq yolunu seçdi. Qeyd etmək lazımdır ki, Qahirədə ölkənin bütün əyalətlərində Misir xalqı ölkənin həyatını yaxşılığa doğru dəyişəcək bu hadisəni bayram edir.

Bu möhtəşəm layihə keçən ilin avqustundan start götürüb. Yeni kanal cəmi bir ilə qazılıb. 8,5 milyard dollar dəyərində olan bu layihənin həyata keçirilməsi nəticəsində Süveyş kanalının ötürücülük qabiliyyəti 2 dəfə artacaq. Unikal hidrotexniki qurğunun istismarı ölkə iqtisadiyyatına əsas valyuta daxilolmalarından biridir, hər il 5 milyard dollar gəlir gətirir. Misir hökuməti gəmiçilik arteriyasından dövlətin gəlirini artıq 8 ildən sonra 3 dəfə artırmağı nəzərdə tutur. Layihəni Misir təkbaşına maliyyələşdirib.

Süveyş kanalı Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən, Avropadan Asiyaya ən qısa yol, həm yüklərin nəqli üçün ən ucuz vasitədir. Yeni Süveyş kanalının uzunluğu 72 kilometrdir. Onun bir hissəsi köhnə kanalla paraleldir gəmilərin şimaldan cənuba qarşılıqlı hərəkətinə imkan verir. İndi kanal 2 dəfə çox gəmi ötürəcək, mənfəət isə 2,5 dəfə artaraq 15 milyard dollar olacaq.

Su arteriyasının sahilləri boyu logistika mərkəzləri sənaye zonaları yaradılacaq. Məsələn, gəmi tərsanəsinin, zavodların, avtomobil yığma sexlərinin s. tikintisi nəzərdə tutulur. İsmailiyə Port-Səid rayonlarında infrastrukturun inkişafına yönəlmiş avtomobil dəmiryolu tunellərinin çəkilməsi digər layihələr planlaşdırılır. Bütün bunlar misirlilər üçün 1 milyona yaxın yeni yerlərinin açılmasına imkan verəcək.

 

Asiya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Azərbaycan.- 2015.- 7 avqust.- S. 1.