Azərbaycanın müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

 

Avqustun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 8 avqust.- S. 2.