Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

 

Avqustun 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu vurğulanıb, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək, onuAzərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyiyubiley medalı ilə təltif edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 avqust.- S. 5.