Xalq artisti Afaq Bəşirqızına

 

Hörmətli Afaq xanım!

Sizimüasir Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəmizdə teatr kino sənətinin inkişafında Sizin özünəməxsus xidmətləriniz vardır. Siz yaradıcılıq aləminə qədəm qoyduğunuz ilk vaxtlardan tanınıb sevilərək təkrarolunmaz ifa üslubuna malik sənətkar kimi tamaşaçıların hüsn-rəğbətini qazanmısınız. Qırx ildən artıq dövrü əhatə edən sənət fəaliyyətiniz ərzində ustalıqla yaratdığınız dolğun rəngarəng surətlər həmişə öz incə yumoru yüksək dramatizmi ilə seçilərək qəlblərə yol tapmışdır. Təbiiliyi inandırıcılığı ilə seçilən bu obrazlar silsiləsi sənətin incəliklərinə necə dərindən bələd olduğunuzu nümayiş etdirir.

Milli teatrın zəngin ənənələrinə sadiq qalaraq uzunmüddətli səhnə həyatı verdiyiniz çoxsaylı rollarda ən maraqlı, komik məqamları məharətlə üzə çıxarmış gülüşün böyük tərbiyəvi əhəmiyyət daşıdığını bir daha sübuta yetirmisiniz. Bədii filmlərdə canlandırdığınız obrazlar məhz istedadınızın gücü sayəsində Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş unudulmaz səhifələrindəndir.

Ölkəmizdə onun hüdudlarından uzaqlarda qastrol səfərlərindəki çıxışlarınızla Siz Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmisiniz. İnanıram ki, yaradıcılığınızdan hələ neçə-neçə sənətkar bəhrələnəcək mədəniyyətimizin daha da çiçəklənməsi naminə töhfələr verəcəkdir.

Bu yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.

Dərin hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2015-ci il.

 

Azərbaycan.- 2015.- 15 avqust.- S. 1.