Yeni Azərbaycan Partiyasının gəncləri Ankarada səfərdədir

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP İB) nümayəndə heyəti Ankarada səfərdədir.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günündə nümayəndə heyəti bir sıra görüşlər keçirib. Gənclər günün birinci yarısında 1999-cu il avqustun 17-də baş verən zəlzələ nəticəsində həlak olmuş minlərlə insanın xatirəsini anma tədbirinə qatılıblar.

Sonra YAP İB-nin üzvləri Türkiyə Respublikasının dövlət himninin – “İstiqlal marşı”nın sözlərinin müəllifi Mehmet Akif Ersoyun ev-muzeyini ziyarət edib, şairin yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Nümayəndə heyətini müşayiət edən Ədalət İnkişaf Partiyasının (AKP) Gənclər Birliyinin sədr müavini, deputat Mahmud Sami Mallı belə səfərlərin həyata keçirilməsindən məmnunluqlarını bildirib.

YAP AKP gəncləridəyirmi masaətrafında perspektiv planlar müştərək layihələr haqqında geniş müzakirələr aparıblar.

 

Azərbaycan.- 2015.- 19 avqust.- S. 3.