Musiqi incəsənət mərkəzi tikilir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Ağstafa rayonunda genişmiqyaslı abadlıq quruculuq işləri görülür. Yeni-yeni inzibati binalar, yaşayış evləri tikilir, sosial obyektlər inşa olunur, yollar çəkilir, bağçalar parklar salınır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin regionların inkişafına göstərdiyi tükənməz qayğı diqqətin bəhrəsidir.

Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındaPrezident İlham Əliyevin sərəncamı ilə şəhərin mərkəzində  musiqi incəsənət mərkəzi inşa olunur. Qısa  müddət ərzində binanın tikintisində xeyli işlər görülmüşdür. Dəmir beton karkas sistemi quraşdırılmış, konsert salonunun dam örtüyü qoyulmuş, binanın milli üslublu fasad hissəsi tamamlanmışdır. Hazırda ayrı-ayrı otaqlarda, mərkəzi zalda geniş foyedə son tamamlama işləri aparılır. Layihə üzrə nəzərdə tutulan işlərin sürətlə görülməsi təmin edilir.

 

Azərbaycan.- 2015.- 23 avqust.- S. 6.