Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı ictimai-siyasi fəaliyyətini əks etdirir.

Xəbərlər”, “Bioqrafiya”, “Fəaliyyət”, “Səfərlər”, “Görüşlər”, “Müsahibələr”, “Çıxışlar digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları müsahibələri, eləcə həyatına dair müxtəlif məlumatlar, foto videolar izləyicilərə təqdim olunur.

Azərbaycan, rus ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib.

İzləyicilər saytın foto video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda, ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.

Saytda uşaqlar üçün səhifə yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçünAzərbaycanım”, “Oyunlar”, “Bu maraqlıdırkimi bölmələrdə maarifləndirici oyun məlumatlar təqdim olunur. Azərbaycanımbölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, əlamətdar günlərimiz barədə informasiyalar çatdırılır. Saytın uşaqlar üçün səhifəsində, eyni zamanda, müxtəlif cizgi filmlərini izləmək mümkün olacaq.

Saytın mobil telefon planşetlər üçün versiyası da istifadəyə verilib.

 

Azərbaycan.- 2015.- 27 avqust.- S. 2.