Azərbaycanın xarici işlər naziri İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 26-da İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Dan Stav ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Dan Stav etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Dan Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan.- 2015.- 27 avqust.- S. 2.