Astanada MDB-nin iştirakçısı olan ölkələrin Baş Prokurorların Əlaqələndirmə Şurasının iclası keçirilib

 

Astanada MDB-nin iştirakçısı olan ölkələrin Baş Prokurorların Əlaqələndirmə Şurasının (BPƏŞ) 25-ci iclası keçirilib.

İclasda Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

TədbirdəKorrupsiya ilə mübarizədə Azərbaycan Respublikası prokurorluq orqanlarının təcrübəsimövzusunda çıxış edən Rüstəm Usubov dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiya cinayətlərinə qarşı sistemli mübarizənin gücləndirildiyini ixtisaslaşdırılmış prokurorluq orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradıldığını vurğulayıb.

R.Usubov bildirib: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılıb, mühüm institusional tədbirlər həyata keçirilib bu islahatlar bu gün davam etdirilməkdədir. Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib.”

R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, korrupsiya hallarının qarşısının alınması üçünelektron hökumətsistemini xüsusi qeyd edərək “ASAN xidmət”in fəaliyyəti haqda iclas iştirakçılarına məlumat verib. Qeyd olunub ki, bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərərək “ASAN xidmətmərkəzlərinin vahid şəkildə idarə edilməsi korrupsiya hallarına qarşı bundan sonra da kəsərli mübarizə aparmaqdır.

İclasda MDB ölkələrinin baş prokurorlarının korrupsiyaya qarşı mübarizə, nəqliyyatda qanuniliyə hüquq qaydalarına əlaqələndirilmiş prokuror nəzarəti tədbirlərinin təmin olunması, ekstremist terror təzahürlərinə qarşı mübarizə sahəsində təcrübəsi müzakirə edilib. Həmçinin ötən il MDB-nin iştirakçısı olan ölkələrdə cinayətkarlığın, istintaq işinin, prokurorluq fəaliyyətinin, cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq müqavilələrin icrası praktikasının vəziyyəti barədə məlumatlar təhlil olunub.

Şura üzvləri ötən il MDB ölkələrinin cinayətkarlığa, terrorizmə zorakılıqla müşayiət olunan digər ekstremizm hallarına, narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomaniyaya, insan alverinə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində orta müddətli əməkdaşlıq proqramlarının icrasını dəyərləndiriblər.

Tərəflər vətəndaşların hüquqlarının müdafiəsi sahəsində prokurorluq orqanlarının fəaliyyəti, 2014-cü ildə Birlik ölkələrinin cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq müqavilələrin icrası praktikasını bu işin təkmilləşdirilməsi istiqamətində tədbirlər nəzərdə tutacaqlar.

İclas iştirakçılarına Əlaqələndirmə Şurasının 2014-2018-ci illər üçün Fəaliyyət Planının 2014-cü ildə icrasının yekunları, BPƏŞ Katibliyinin 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat, MDB ölkələrinin qanunsuz miqrasiyaya qarşı mübarizədə 2015-2019-cu illər üçün Əməkdaşlıq Şurasının proqramının icrasına dair planı təqdim olunub.

Nəzərdə tutulduğu kimi, iclasda Birlik ölkələrinin Baş Prokurorları Əlaqələndirmə Şurasının bayrağı, emblemi “MDB BPƏŞ-in 20 illiyimedalı haqqında əsasnamələr, habelə BPƏŞ-in MDB ölkələrinin Vergi Təhqiqatları Orqanları Rəhbərlərinin Əlaqələndirmə Şurası Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurası ilə qarşılıqlı fəaliyyətini tənzimləyən sənədlər təsdiq edilib.

İclas iştirakçıları MDB BPƏŞ yaradılmasının 20 illiyi münasibətilə təsis edilən medalla təltif olunublar.

Tədbirdə Rusiya Federasiyasının baş prokuroru Yuriy Çayka BPƏŞ-in sədri seçilib. Həmçinin növbəti - 26-cı iclasın 2016-cı ildə Belarusda keçiriləcəyi müəyyən edilib.

Tədbir çərçivəsində Azərbaycan Qazaxıstan nümayəndə heyətinin ikitərəfli görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında mövcud dostluq strateji tərəfdaşlıq əlaqələrinin daim genişlənməsi, bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Prokurorluq fəaliyyətindən, cinayətkarlığa, ekstremizm terrorizmə qarşı mübarizədən danışılıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 7.