TANAP-ın tikintisi fasiləsiz problemsiz gedir

 

Trans-Anadolu Qaz Boru Kəməri - TANAP-ın rəsmi saytında bu günlərdə verilən məlumata görə, layihə üzrə tikinti işlərinin daha bir mərhələsi başa çatdırılıb. Bu il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qars vilayətinin Səlim rayonunda TANAP layihəsinin təməlinin qoyulması ilə başlanan tikinti işlərində irəliləyiş davam edir.

1900 kilometrə yaxın uzunluğu olan xəttin 56 düymlük boruların uzanacağı hissəsində yolaçma işləri aparılır. Saxlama sahələrinə gətirilən təxminən 10 ton ağırlığında 12 metr uzunluğunda polad borular qaynaq edilir. Borular tikinti sahələrinə daşınır xətt boyunca düzülür.

Təxminən 10 milyard dollar dəyərində olan TANAP-ın tikinti işləri fasiləsiz irəliləyir. Qars vilayətinin Səlim bələdiyyəsinin sədri Coşkun Altun bildirib ki, kəmərin bu bölgədəki tikinti sahələrində işlər sürətlə irəliləyir.

TANAP “Cənubqaz dəhlizinin ən uzun hissəsidir. Hazırda əsas tikinti sahələri onun marşrutunun keçdiyi Səlim bölgəsində aparılır. Ümumiyyətlə, layihənin həyata keçirilməsi prosesi uğurla problemsiz gedir. 

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçəcək. O, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan digər bölgələri arxada qoyaraq Türkiyənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

TANAP Türkiyə istehlakçıları üçün nəzərdə tutulmuş qazı Əskişəhərə 56 düymlük borularla nəql edəcək. Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə qədər həmin ölçülü borular uzanacaq. Əskişəhərdə onlara artıq diametri 48 düym olan borular calanacaq. Avropa istehlakçıları üçün isə qaz TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) Yunanıstanın giriş məntəqəsində yerləşən 48 düymlük kəmərlə nəql ediləcək.  Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Bu, Azərbaycanın Türkiyənin, dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən bir layihədir.

Prezident İlham Əliyev layihəni belə səciyyələndirir: “Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür.  Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır”.

Cənubqaz dəhlizinin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakıŞahdənizyatağıdır. Həmin dəhlizləŞahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qaz nəql olunacaq.

Dəhlizin əsas hissələrindən olan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Bu boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr olacaq. Nəql edilən qazın 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri isə Türkiyə üçün nəzərdə tutulur. Kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması gözlənilir. TANAP “Cənubqaz dəhlizinin ən uzun hissəsidir.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən aldığı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP-a qoşularaq Yunanıstan, Albaniya İtaliyadan keçməklə Avropaya ötürəcək. TANAP-ın səhmdarlarının bu layihədəki iştirak payları belə bölünür: “Cənubqaz dəhlizi Qapalı Səhmdar Cəmiyyəti - 58 faiz, BOTAŞ - 30 faiz, BP - 12 faiz.

Yeri gəlmişkən qeyd edək ki, TANAP-ı dərhal dəstəkləyənlərdən biri məhz Azərbaycanda ən iri neft-qaz ixrac layihələrinin, o cümlədənŞahdəniz”in operatoru olan BP şirkətidir. Şirkətin yaydığı açıqlamaların birində deyilir: “TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun Şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan Yaxın Şərq, onun Qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir ona görə BP digər şirkətlər bu layihəni onun operatoru olan ARDNŞ-nin planlarını dəstəkləyirlər”.

Xatırladaq ki, təməli keçən il sentyabrın 20-də Səngəçal terminalında qoyulanCənubqaz dəhlizi üç əsas seqmentdən ibarətdir. Bunlar CQBK, TANAP TAP-dır. Xəzərin Azərbaycan sektorundan qazı neçə-neçə ölkənin ərazisindən keçirərək Adriatik dənizinin altından İtaliyayadək çatdıran dəhlizin uzunluğu 3500 kilometrdir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.-29 avqust.- S. 1.