İtalia Oggiqəzeti: Azərbaycanın birinci xanımı ölkəsinin ən tanınmış simalarından biridir

 

 İtalia Oggiqəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə məqalə dərc olunub.

Yazıda vurğulanır ki, bir neçə gün əvvəl doğum gününü qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib. Mehriban xanım Əliyeva durmadan çalışaraq ölkəsində önəmli missiyaları yerinə yetirməkdədir. Azərbaycan Prezidentinin xanımı gördüyü önəmli işlər sayəsində ölkənin ən tanınmış simalarından birinə çevrilib.

Məqalədə ötən il Vatikanda səfərdə olan Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşünə, bu yaxınlarda “Milan-Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunda təşkil edilmişMilli gün”də iştirakına dair məqamlar yer alıb. Diqqətə çatdırılır ki, Azərbaycanın birinci xanımı idman, mədəniyyət, sosial digər sahələrdə mühüm layihələrin təşəbbüskarıdır. Onun irəli sürdüyü təşəbbüslər hər zaman böyük əks-səda doğurur. Azərbaycanın inkişafı dünyada təbliği istiqamətində onun ideyaları tükənmək bilmir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyevanın səyləri nəticəsində 2005-ci ildə Bakı gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Həmçinin 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı bu ilin iyununda Bakıda keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edib. O, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə birinci Avropa Oyunlarının təşkilində əvəzsiz xidmətlərinə görəHeydər Əliyevordeni ilə təltif olunub.

Azərbaycanın birinci xanımının yeni dizaynda istifadəyə verilən rəsmi saytı barədə yazan müəllif diqqətə çatdırır ki, bu internet resursunda Mehriban Əliyevanın həyatını ictimai-siyasi fəaliyyətini əks etdirən materiallar yerləşdirilir.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan.- 2015.- 30 avqust.- S. 5.