Azərbaycan və Belarus arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur

 

Azərbaycan və Belarus arasındakı münasibətlər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrə təsadüf edir. Müstəqillik qazandıqdan sonra iki dövlət arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ötən 12 ildə Azərbaycan-Belarus əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad güclənmişdir.

Hazırda Azərbaycan və Belarus aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birilərinə dəstək verirlər. Ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlamışdır. Səfərlər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır.

Prezident İlham Əliyevin bu günlərdə Belarusa rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Görüşdə elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu. Ölkə başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanma mərasimi keçirildi.

Bu sırada “Azərbaycan Respublikasının Prezidenti ilə Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi, “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” müqaviləni, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında” Protokolu, “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqındasazişi misal göstərmək olar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı imzalanmış sənədlər iqtisadi əməkdaşlığın gücləndirilməsinə, bərabərlik, qarşılıqlı etimad, tərəfdaşlıq və dostluq prinsiplərinə söykənir. Səfər zamanı imzalanmış müxtəlif razılaşmalar iqtisadi əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Bu sənədlər iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. 25 mart 2004-cü il tarixindən Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Azərbaycana Belarusun 250-dən çox müəssisəsinin məhsulları göndərilir. Son illər qarşılıqlı əmtəə dövriyyəsi artımının müsbət dinamikası saxlanılır. Ötən il əmtəə dövriyyəsinin həcmi 330 milyon dollara bərabər olub. Əməkdaşlığın kooperasiya forması fəal inkişaf edir. Ölkəmizdə “Belarus” markalı traktorlar, yük avtomobilləri, avtokranlar, liftlər, işıq-diod texnologiyaları əsasında işləyən optik cihazlarlampalar yığılması üzrə istehsalat sahələri yaradılımışdır. İstehsalat kooperasiyası sahəsində Belarus-Azərbaycan əməkdaşlığının lideri Gəncə avtomobil zavodudur. Gəncə avtomobil zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir. 2007-ci ildən bəri bu zavodun istehsal sahələrində 6 minBelarustraktoru, 3 minə yaxın avtomobilqoşqu istehsal edilib.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib: “Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Orada bizim biri-birimizi daim dəstəklədiyimiz beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimiz barədə də danışılır. İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb”.

Ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Belarus əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək.

Belarus Prezidenti Aleksandr Lukaşenko iki ölkə arasındakı davamlı inkişafı belə xarakterizə edib: “Budəfəki səfər Belarus ilə Azərbaycan arasında yaxın, dost münasibətlərin fəal inkişaf etməsinin təsdiqidir. Biz bu münasibətləri həqiqətən yüksək qiymətləndiririk. Zənnimcə, dünya iqtisadiyyatında böhran hallarını nəzərə alaraq bu gün biz əsas diqqəti qarşılıqlı faydalı əməkdaşlığın yeni ideyaları və istiqamətləri üzərində cəmləşdirməliyik. Biz bu barədə İlham Heydər oğlu ilə çoxdan danışırdıq. İndiki çətin şəraitdə bizim dövlətlərimiz xoşbəxtlikdən qarşılıqlı əmtəə dövriyyəsinin ciddi azalmasına yol verməyiblər. Bununla belə, zaman bizdən qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti genişləndirmək üçün çevik və səmərəli qərarlar qəbul etməyimizi tələb edir”.

Prezident İlham Əliyevin Belarusa rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan və Belarus arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Azərbaycan. - 2015.- 1 dekabr.- S. 1.