Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq yenidənqurma tədbirləri barədə məlumat verdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 2 dekabr.- S. 1.