Azərbaycan ISESCO-nun fəal üzvü kimi humanitar sahədə görülən işlərə töhfəsini verir

 

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Bakıda keçirilən Baş Konfransının XII sessiyası beynəlxalq tədbirlərdən biri kimi tarixə yazıldı. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirak etdiyi, ümumi fəaliyyət strategiyasını müəyyənləşdirən Baş Konfransın XII sessiyasında müstəqilliyinin bərpasından sonra dövlətin keçdiyi iqtisadi və sosial-mədəni inkişaf yoluna nəzər yetirildi. Konfransda həmçinin ölkənin bir sıra nüfuzlu beynəlxalq təşkilatların fəal üzvünə çevrildiyi diqqətə çatdırıldı.

Son illər ərzində islam həmrəyliyinə böyük təkan verən, sayı 25-dən 52 dövlətə çatan üzv ölkələrdə təhsil, elm və mədəni irəliləyişi gücləndirən ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilatlardandır.

Azərbaycanın da fəal üzvü olduğu ISESCO mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu Bakını 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edib. Azərbaycan mədəniyyətinə və dövlətin islam aləmindəki artan nüfuzuna verdiyi daha bir yüksək dəyərin bariz nümunəsi isə Naxçıvan şəhərinin 2018-ci ildə bu şərəfli ada layiq görülməsidir. Bunlarla yanaşı, ISESCO-nun Bakıda Regional Mərkəzin yaradılmasının da humanitar əməkdaşlığın dərinləşdirilməsi, islam həmrəyliyinin gücləndirilməsi üçün fəal rol oynayacağına əsas verən amillərdən hesab edilir.

Bir sıra mühümaktual məsələlərdən geniş söz açılan konfransda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İSESCO-nun haqq-ədaləti açıq şəkildə dəstəklədiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyev uzun illər ölkəmizin erməni işğalından əziyyət çəkdiyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır: “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır”.

ATƏT-in işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərməsi və onların məruzələrində bu işğalçılıq siyasətinin qətiyyətlə pislənilməsi də Azərbaycanın haqq-ədalət uğrunda mübarizə apardığını təsdiqləyir. Faktaraşdırıcı missiyanın hazırladığı məruzələrdə göstərilir ki, işğal edilmiş torpaqlarda şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Həmin ərazilərdə 10 məscidin yerlə-yeksan edilməsi isə vəhşilik, eləcə də islam mədəniyyətinə qarşı terrordur.

Azərbaycan Prezidenti bu gün bəşəriyyəti ciddi narahat edən məsələlərə toxunaraq dedi ki, belə problemlərin ən təhlükəlisi isə milli zəmində baş verən münaqişələr və terrorlardır. Diqqət yetirilən faktlardan biri də ermənilərin 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törətmələri və bunların nəticəsində 2 mindən çox günahsız insanın həlak olmasıdır: “Terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri islamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz islam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir”.

Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə müntəzəm olaraq sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün fəal rol oynayır. Respublika rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinləri liderlərinin zirvə görüşü keçirilib. Həmçinin 2016-cı ildə keçiriləcəyi nəzərdə tutulan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu kimi beynəlxalq tədbirlər Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəsi kimi dəyərləndirilir.

Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması heç də təsadüfi deyil. Dünyada multikulturalizmin mərkəzi kimi tanınan ölkəmizdə heç vaxt milli, dini zəmində qarşıdurma olmayıb. Əlbəttə, ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün çox mühüm tarixi hadisədir. Çünki burada müzakirə olunan məsələlər gələcəkdə həm islam həmrəyliyini gücləndirəcək, həm humanitar sahədə görülən işlərə daha böyük təkan verəcək, həm də dünya miqyasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət göstərəcək.

Prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeninə layiq görülən ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri dövlət başçısına, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşkilatın fəaliyyətində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirməklə yanaşı, onu da xüsusi qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti elm, mədəniyyət və təhsil sahələrində çox görürbu ölkənin inkişafında olduqca mühüm rol oynayır.

Daha sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağona bitişik digər ərazilərinin birmənalı olaraq azad edilməsinin vacibliyini bəyan edən ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri dedi ki, işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaqkonfrans bu barədə bəyanat qəbul etməlidir: “Biz bu bəyanatı tərəddüd etmədən veririk. Biz bunu hər zaman etmişik və edəcəyik. Çünki biz həmçinin istəyirik ki, Fələstin dövləti də İsrail işğalından azad olunsun. Biz bilirik ki, erməni işğalı nəticəsində böyük dağıntılar baş verib. Onlar işğal olunmuş torpaqlarda dini, tarixi, mədəni abidələri dağıdıblar. Buna görə də istərdik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılsın. Biz onun tərəfdarıyıq ki, bu torpaqlar tezliklə azad olunsun. Mən bütün regional dövlətlərə üzümü tutub deyirəm, biz bu işğala son qoymalıyıq, pozulmuş hüquqları bərpa etməliyik. Mən konfransdan xahiş edərdim, bir bəyannamə, qətnamə qəbul etsinorada tələb olunsun ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılsın. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir. İnsanlar öz yerlərindən didərgin salınıb, qətlə yetirilib, onların hüquqları pozulub. Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır. Azərbaycanın vacib regionu işğaldan azad edilməlidir və ediləcək”.

ISESCO-nun təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətinə toxunan Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın 2016-2018-ci illər üçün tədbirlər planında üç strateji məqsədin qarşıya qoyulduğunu bildirdiqeyd etdi ki, bunlar gənclərin islam aləmində davamlı inkişafa səfərbər olunması, üzv dövlətlərin təhsil, elm, mədəniyyət və ünsiyyət sahəsində yürütdükləri siyasətdə keyfiyyətin, idarəçiliyin və bərabərliyin təşviqi, həmçinin əsas diqqətin insan hüquqlarının, mədəniyyətin təbliğinə, sosial ədalətə və birgə yaşayışa hörmətlə yanaşılmasına yönəltməkdən ibarətdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2015.- 2 dekabr.- S.8