Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

“Günəşli” yatağındakı neft hasilatı platformasında yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyimi bildirir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm.

Hörmətlə,

 

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Moskva, 7 dekabr, 2015-ci il.

 

Azərbaycan.- 2015.- 8 dekabr.- S.1.