Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Azərbaycanın “Günəşli” neft yatağındakı platformada yanğın nəticəsində insanların həlak olması ilə bağlı xəbər məni çox kədərləndirdi.

Bütün Litva xalqının adından və şəxsən öz adımdan həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

İtkin düşənlərin sağ-salamat tapılmasını, xəsarət alanların tezliklə sağalmasını, dəhşətli qəzanın nəticələrinin tezliklə aradan qaldırılmasını arzu edirəm.

Hörmətlə,

 

Dalya Qribauskayte

Litva Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 9 dekabr.- S.1.