Pekin beynəlxalq hava limanında qarşılanma

 

Xüsusi müxbirimiz xəbər verir ki, Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindən paytaxt Pekinə gəlib.

Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 dekabr.- S. 3.