Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri,

Xəzər dənizindəki neft platformasında baş vermiş qəza nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Ulu Tanrıdan xəsarət alanların tezliklə sağalmasını, ölkənizi qorumasını, müdrik rəhbərliyiniz ilə xalqınızın və Azərbaycanın tərəqqisi, çiçəklənməsi yolunda Sizə yardım etməsini diləyirəm.

Zati-aliləri cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Əbdüləziz Osman əl-Tuveycri

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO)

Baş direktoru

 

Azərbaycan. - 2015.- 10 dekabr.- S.1.