Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Dost Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi. Zati-aliləri bu faciə ilə bağlı Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allahdan həlak olanlara rəhmət, dost Azərbaycan xalqına isə əmin-amanlıq diləyirəm.

Dərin hörmət və ehtiramla,

 

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 10 dekabr.- S.1.