Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Xəzər dənizinin “Günəşli” yatağındakı platformada qəza nəticəsində həyatlarını itirən insanların ailələrinə, Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, Sizə Allahdan möhkəm cansağlığı, ölkənizə və xalqınıza daimi sabitlik, əmin-amanlıq və xeyir-bərəkət arzu edirəm.

Əziz qardaşım, xahiş edirəm Sizə ən dərin ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti,

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

 

Azərbaycan. - 2015.- 11 dekabr.- S.4.